• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Vicdan susanda


    Milli dəyərlərimizə xələl gətirən boşanmalar

    Hələ yeniyetmə çağlarında kövrək ürəklərində eşqi-məhəbbətin rüşeymi doğulanda dünyaya qeyri-adi hisslər bəsləyənlər, “dünyanın xoşbəxti mənəm dünyada” deyənlər Leyli-Məcnun, Əsli-Kərəm kimi yaşamaq, sevmək iddiasında olurlar. Hələ əli çörəyə çatmayan, biş-düş nədir, bilməyənlər  “ömürlük” bir-birlərini sevəcəkləri barədə eşq-məhəbbət müqaviləsi bağlayırsa çox keçmir ki, aralarında soyuq küləklər əsməyə başlayır. Biri “qazanc” dalınca Rusiyaya üz tutur, digəri kənd-kəsəkdə  veyillənir, bir başqası bütün günü telefonla əlləşir. Hər birinin sevgilisi evdə arxayın oturub çörək gözləyir.
    Günlər isə ötür... Bir gün , bir həftə, bir ay...

    Axır ki, Leyli Məcnun dövrü-zamanın belə ürək darıxdıran ab-havasına dözmür. Məlum olur ki, Məcnun narkoman çıxıb. Leyli də telefonda biri ilə çuqquldaşır. Rusiyaya gedəndən bəzən illərlə xəbər çıxmır, kənddəki də “dükan qabağından” bezib evə çörəksiz gələndə ciddi narazılıq yaranır. Bəziləri isə:
    -A kişi, mən heç, heş olmazsa bu iki körpəyə yazığın gəlsin, bu veyillənməklə nə qədər ata-anaya, ailəyə yük olacağıq, -deyə cana gəldiyini söyləyir.
    Rusiyadakı: iş tapmamısan, bezibsənsə get atan evinə.
    Kənddəki: mənim üçün fərqi yoxdur, bilirdin ki, avarəyəm, sevməyəydin məni. Get, ərizə yaz , boşan.
    ... Səbəb çoxdur, ancaq biz bəzilərini saydıq. Boşanma. Bu, çox ağır, faciyəyə səbəb olan sözdür. Vəfanın, etibarın, sevginin uçrum kənarına gələn məqamıdır. Gərək nə qədər məsuliyyətsiz, vicdandan kənar, Allahsız, abır-həya bilməyən, ağsaqqal, ağbirçək tanımayan, insanı keyfiyyətlərdən uzaq olasan  ki, bu sözü dilinə gətirəsən.Ailənin dağılmasından ağır durum ola bilməz. O ki, qaldı dəli kimi sevdiyini qucağı uşaqlı atasan taleyin ümidinə.

    Oxucu, bu mövzu çox əhatəli, genişdir. Mən isə rayon Statistika idarəsinin məlimatına əsaslanıb 2021-ci ildə 411 boşanmanın olmasından təsirlənib sizinlə təəssüfümü bölüşmək istəyirəm. Hələ bu rəqəm rəsmidir. Məhkəmələrdə 411 ailənin xoşbəxtliyinə, arzularına xitam verilib. Boşananların valideynlərini, yaxınlarını da bura əlavə etsək  görün neçə-neçə insanın rahatlığına zəhər qatılıb. Hələ nə qədər də qeyri-rəsmi, könüllü boşananlar var. İki-üç uşağını  atıb başqasına qoşulub qaçanları demirik. Ailə məsuliyyəti olmayan, ailə dəyərlərini     tanımayan atalar var ki, telefonda tanış olduğu qıza görə başqa rayona səfər edib, müvəqqəti də olsa oralarda baş girlədənlərə nə deyəsən?

    Bu cəmiyyətimizi cılızlaşdıran, insan münasibətinə zəhər qatan, övlad sevgisindən uzaq olan cütlüklərə nə deyəsən. Mənə elə gəlir ki, nə valideyn öyüd-nəsihəti, nə el qınağı, nə də dövlət qanunları belələrinə təsir göstərir. Çünki dünya dəyişib, ab-hava dəyişib, abır-həya ərşə çəkilib, vicdan susub. Vay o günədir ki, vicdan susa...

    HƏSƏNAĞA.

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ