Главная > Maraqlı > Beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında növbəti uğurlu addım oldu
Beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında növbəti uğurlu addım oldu6-05-2022, 18:03. Разместил: admin44 |
Prezident İlham Əliyev çıxışlarında həmişə işğalçı Ermənistana qarşı informasiya mübarizəsinin önəmini vurğulayıb, düşmənin haqqımızda daim yalan məlumatlar, uydurma faktlar yaydığını bildirərək, buna adekvat cavab verilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının zəruriliyini xatırladıb. Vətən müharibəsi günlərində olduğu kimi, postmünaqişə dövründə də dövlətimizin başçısı bu məsələni daim diqqətdə saxlayaraq, respublikamızda və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə dəqiq, məntiqli, faktlara söykənən çıxışları ilə Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri beynəlxalq aləmə çatdırır. Bununla da Prezident düşmənin saxta xəbərlərinin yayılmasına imkan vermir, işğalçının bütün avantüra, qarayaxma kampaniyalarının qarşısını qətiyyətlə alır, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında 44 günlük haqq savaşı apardığını bildirir. Bütün bunları isə Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalçının ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi demonizasiya siyasəti, uydurmaları, azərbaycanlıları düşmən, Azərbaycanın isə, sanki, Ermənistanı və Qarabağı işğal altında saxlayan formada təqdimatı zəruri edir. Buna görə də dövlətimizin başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Ermənistanın 30 ilə yaxın bir dövrdə işğal siyasəti aparmasını, Qarabağ və Şərqi Zəngəzurda dəhşətli vəhşiliklər törətdiyini, kənd və şəhərlərimizi yer üzündən sildiyini xatırladaraq deyib: “O ərazilərdəki kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır…” Azərbaycan Prezidenti müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura çoxsaylı əcnəbi qonaqların səfərlərinin də mühüm önəm daşıdığını da qeyd edib. Ölkə rəhbəri bu səfərlərin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda erməni barbarlığı haqqında aydın təsəvvür yaradılması baxımımdam müsbət rol oynadığını bildirib. Beləliklə, ölkəmizdə erməni vəhşiliyi barədə beynəlxalq aləmin məlumatlandırılması məsələsi daim diqqətdə saxlanılır. Ona görə də Prezident İlham Əliyev bu amili nəzərə alaraq, yuxarıda qeyd etdiyim kimi, Qarabağ münaqişəsi başlayandan indiyədək bütün hadisələri təfərrüatı ilə dünya ictimaiyyətinə çatdırır. Bununla da dövlətimizin başçısı istər Vətən müharibəsi dövründə, istərsə də haqq savaşı parlaq qələbəmizlə yekunlaşandan sonra Azərbaycan həqiqətləri haqqında beynəlxalq aləmdə aydın təsəvvür yaratmağa çalışır və buna uğurla nail olur. Yeri gəlmişkən, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan səmərəli fəaliyyəti Ermənistan hakimiyyətinin uzun illər bu istiqamətdə apardığı qismən uğurlu mübarizənin hazırda tam fiaskoya uğramasını şərtləndirir. Bu məsələdə diqqət çəkən məqam həm də odur ki, Prezident İlham Əliyev yerli və beynəlxalq konfranslarda respublikamızın haqlı mövqeyi ilə bağlı sualları təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbrlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirir. Bu fikrin təsdiqi olaraq diqqəti bir məqama yönəltmək istərdik. Azərbaycan hər zaman tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olunub. Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpıb: qəsbkar ordu respublikamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib. Azərbaycanda tolerant, multikultural dəyərlərə önəm verilməsinin nəticəsidir ki, Vətən müharibəsində bütün millətlərə mənsub gənclər işğalçıya qarşı qəhrəmanlıqla döyüşdülər, parlaq qələbəmizin əldə edilməsində möhtəşəm uğurlara imza atdılar. Birmənalı şəkildə demək olar ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Məhərrəm SƏFƏRLİ, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |