• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında növbəti uğurlu addım oldu

    Beynəlxalq konfrans Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında növbəti uğurlu addım oldu


    Prezident İlham Əliyev çıxışlarında həmişə işğalçı Ermənistana qarşı informasiya mübarizəsinin önəmini vurğulayıb, düşmənin haqqımızda daim yalan məlumatlar, uydurma faktlar yaydığını bildirərək, buna adekvat cavab verilməsinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının zəruriliyini xatırladıb.

    Vətən müharibəsi günlərində olduğu kimi, postmünaqişə dövründə də dövlətimizin başçısı bu məsələni daim diqqətdə saxlayaraq, respub­likamızda və xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə dəqiq, məntiqli, faktlara söykənən çıxışları ilə Qarabağ münaqişəsi haqqında əsl həqiqətləri beynəlxalq aləmə çatdırır. Bununla da Prezident düşmənin saxta xəbərlərinin yayılmasına imkan vermir, işğalçının bütün avan­türa, qarayaxma kampaniyalarının qarşısını qətiyyətlə alır, xalqımızın beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında 44 günlük haqq savaşı apardığını bildirir.
     
    Bütün bunları isə Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalçının ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi demonizasiya siyasəti, uy­durmaları, azərbaycanlıları düşmən, Azərbaycanın isə, sanki, Ermənistanı və Qarabağı işğal altında saxlayan forma­da təqdimatı zəruri edir. Buna görə də dövlətimizin başçısı ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Ermənistanın 30 ilə yaxın bir dövrdə işğal siyasəti aparmasını, Qarabağ və Şərqi Zəngəzurda dəhşətli vəhşiliklər törətdiyini, kənd və şəhərlərimizi yer üzündən sildiyini xatırla­daraq deyib: “O ərazilərdəki kütləvi dağın­tılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmiş­dir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır…”

    Azərbaycan Prezidenti müharibədən sonra Qarabağ və Şərqi Zəngəzura çoxsaylı əcnəbi qonaqların səfərlərinin də mühüm önəm daşıdığını da qeyd edib. Ölkə rəhbəri bu səfərlərin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda erməni barbarlığı haqqında aydın təsəvvür yaradılması baxı­mımdam müsbət rol oynadığını bildirib.

    Beləliklə, ölkəmizdə erməni vəhşiliyi barədə beynəlxalq aləmin məlumatlandırılması məsələsi daim diqqətdə saxlanılır. Ona görə də Prezi­dent İlham Əliyev bu amili nəzərə alaraq, yuxarıda qeyd etdiyim kimi, Qarabağ münaqişəsi başlayandan indiyədək bütün hadisələri təfərrüatı ilə dünya ictimaiyyətinə çatdırır. Bununla da dövlətimizin başçısı istər Vətən müharibəsi dövründə, istərsə də haqq savaşı parlaq qələbəmizlə yekun­laşandan sonra Azərbaycan həqiqətləri haqqında beynəlxalq aləmdə aydın təsəvvür yaratmağa çalışır və buna uğurla nail olur.

    Yeri gəlmişkən, dövlətimizin baş­çısının rəhbərliyi ilə Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan səmərəli fəaliyyəti Ermənistan hakimiyyətinin uzun illər bu istiqamətdə apardığı qismən uğurlu mübarizənin ha­zırda tam fiaskoya uğramasını şərtləndirir. Bu məsələdə diqqət çəkən məqam həm də odur ki, Prezident İlham Əliyev yerli və beynəlxalq konfranslarda respublikamızın haqlı mövqeyi ilə bağlı sualları təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbrlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirir.

    Bu fikrin təsdiqi olaraq diqqəti bir məqama yönəltmək istərdik. Azərbaycan hər zaman tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verib. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşama­ları üçün bütün zəruri şərait yaradılıb. Tarixi-mədəni, dini abidələrimiz necə qorunubsa, digər millətlərə və dinlərə xas olan dəyərlər də eləcə mühafizə olu­nub. Lakin Azərbaycanın işğal altındakı torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətləri bütün çılpaqlığı ilə nəzərə çarpıb: qəsbkar ordu respubli­kamızın əzəli ərazilərindəki tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan edib.

    Azərbaycanda tolerant, multikul­tural dəyərlərə önəm verilməsinin nəticəsidir ki, Vətən müharibəsində bütün millətlərə mənsub gənclər işğalçıya qarşı qəhrəmanlıqla döyüşdülər, parlaq qələbəmizin əldə edilməsində möhtəşəm uğurlara imza atdılar.
    Birmənalı şəkildə demək olar ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lob­bisinin, Azərbaycanı istəməyən xari­ci qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.


    Məhərrəm SƏFƏRLİ,
    Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ