• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var

    Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var

    QARABAĞA QAYITDIQ
     
    Sevinirəm ki, qələbə salnaməsinin yazılmasında övladlarımın da payı var

    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi şanlı qələbə – Ermənistanın təslim olması xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Masallı rayonunun ictimaiyyəti də böyük coşqu ilə qarşıladı.
    10 noyabr səhərini 30 il həsrətində olduğumuz xoş bir müjdə ilə açdıq. Sevincdən gözlərimiz yaşardı, qələbə qüruru başımızı ucaltdı. Pozulmuş tarixi ədaləti bərpa etdik. Bizə bu xoşbəxt anları yaşadan ümummilli birliyimiz, ordumuzun rəşadəti və bacarıqlı sərkərdəmizin qətiyyətli siyasi iradəsi, müdrikliyi oldu.
    Bu sözləri bizə müsahibəsində Masallı şəhər sakini, respublikanın qabaqcıl təhsil işçisi Fəxrəddin Talıbzadə dedi.
    Yetmiş yaşlı ziyalı bildirdi: “Müharibənin dayandırılmasını və qazandığımız qələbəni qeyd etməkdən ötrü sübh tezdən küçələrə çıxaraq, əllərində bayraq minlərlə insan bu tarixi gün münasibətilə bir-birini qucaqlayır, təbrik edirdi... Bu mənzərəni görəndə necə sevinməyəsən?
    Bu gün hər kəs Vətən uğrunda birləşib, ölkə rəhbərinin siyasətini dəstəkləyir. Güclü iqti­sadiyyatı ilə dünyaya sürətlə in­teqrasiya edən, sosial-iqtisadi sahələrdə yüksək göstəricilər qazanan, güclü orduya sahib Azərbaycan müstəqilliyimizin, suverenliyimizin qarantına çevrilib. Məhz bunun nəticəsidir ki, 44 gün ərzində düşmən başına od yağdıran oğullarımızın igidliyi, müqəddəs Vətən torpağı uğrunda can qoyan şəhidlərimizin qanı bahasına Şuşa qalasını fəth etdik, Qarabağa qayıtdıq.”
    Söhbət zamanı sevinc göz yaşlarını gizlədə bilməyən F.Talıbzadə əlavə etdi: ”Məkrli niyyətlərini gerçəkləşdirməyə çalışan düşmənin arzusunu ürəyində qoyduq, faşist erməni ordusunu darmadağın etdik. Haqq mübarizəsindən, haqq davasından qalib ayrıldıq. Mənim də iki övladım düşmənlə təmas xəttində döyüş şücaəti göstərir. Bir oğlum zabit, digəri isə könüllü əsgərdir. Sevinirəm ki, qələbə salnaməsinin şan­lı səhifələrinin yazılmasında onların da xidməti var.”
    Fəxrəddin Talıbzadə müsahibəsində onu da diqqətə çatdırdı ki, informasiya müharibəsinin düzgün qurulmasında mətbuat işçilərinin, ziyalıların rolu danılmazdır. Çalışaq ki, hamılıqla bu mübarizəyə öz töhfəmizi verək. Necə ki, müharibə dövründə ölkə rəhbəri 30-a yaxın beynəlxalq kütləvi informasiya vasitəsinə müsahibə verməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu. Döyüş meydanında olduğu kimi, Ermənistan dövlətinin və onun havadarlarının ölkəmizə qarşı apardığı informasiya cəbhəsində də ciddi zərbələr endirdik. Dövlətimizin başçısı müsahibələrində dəfələrlə vurğuladı: “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.”
    Ömrünün 43 ilini əmək cəbhəsində keçirən ağsaqqal-ziyalı bir daha xalqımıza gözaydınlığı verdi, böyük qələbə sevincini yaşayan soydaşlarımızı təbrik etdi.
                                                                  AKİF AĞAYEV,
                                                                  “Yeni həyat”,  
                                                                 www.yeniheyet.az
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ