• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ələşrəf Niftiyev: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Paşinyanı diz çökməyə vadar edir

    Ələşrəf Niftiyev: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Paşinyanı diz çökməyə vadar edir

     
    Ələşrəf Niftiyev: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Paşinyanı diz çökməyə vadar edir

    Ermənistan otuz ilə yaxındır ki, işğal etdiyi torpaqlarımızın geri qaytarılmasını bütün səylərə baxmayaraq, müxtəlif bəhanələrlə yubadırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq konvensiyaları qulaqardına vuran düşmən havadarlarının himayəsi ilə nəinki danışıqlarda konstruktiv olmur, əksinə baş nazir Nikol Paşinyan bir az da irəli gedərək “Qarabağ Ermənistandır” deyə çərənləyirdi. Lakin Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və yürüdülən siyasət, Azərbaycan Ordusunun cəbhədə qazandığı ardıcıl qələbələr onu diz çökməyə vadar edir.
    Bu sözləri Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev deyib.
    O bildirib ki, Prezident İlham Əliyev hələ “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qarşı tərəfi susdurmuşdu. Lakin ölkəsinin maraqlarına deyil, terroristlərə xidmət edən erməni baş nazir oyuncaq “Arsax” adlandırılan rejimlə birgə son illərdə Azərbaycanın sərhədlərinə, dinc əhaliyə qarşı təxribatlarını daha da artırdı. Nəhayət, bu il sentyabrın 27-dən bütün xəbərdarlıqlardan nəticə çıxarmayan təcavüzkarın silahlı hücumlarına kəskin cavab verildi.
    Ə.Niftiyev vurğulayıb ki, haqq-ədalət tərəfində duran dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir, digərləri isə Prezidentimizin çıxışlarından adekvat cavablarını alırlar. Azərbaycan Prezidentinin oktyabrın 9-da xalqa müraciətində vurğuladığı kimi: “Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”.
    Dövlət qulluğu təqaüdçüsü daha sonra deyib: “Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ölkəmizin bütün vətəndaşları kimi, masallılılar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ali Baş Komandanımızın sərt mövqeyi, xalqımızın birliyi, ordumuzun əks hücumları ilə qazandığı qələbələr erməni faşizminə göz yumanlara bir mesajdır. Dövlət başçımızın çağırışlarına dəstək olaraq xalq-ordu birliyi nəticəsində vandal erməni xuntası susdurulur.”
    75 yaşlı əmək veteranı fikrini belə tamamlayıb: “Azərbaycan Prezidentinin xalqa müraciətində deyildiyi kimi, “Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz”. Masallı rayonunun ağsaqqalları da işğalda olan torpaqlarımızın tam şəkildə geri qaytarılması üçün Ali Baş Komandanımızın qətiyyətli mövqeyini dəstəkləyirlər. Milli ordumuz çarəsiz, aciz Ermənistana öz yerini göstərir.”шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ