• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar

    Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar

    Orduya payız çağırışı
     
    Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar
     
    ZƏFƏRLƏ GERİ DÖNÜN

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.
    Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da gənclər müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə gedirlər.
    Oktyabrın 2-də rayonun bir qrup çağırışçı gənci hərbi xidmətə yola salınıb.
     
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin qarşısındakı yolasalma mərasimində Masallı RİH başçısı və aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, SHÇXDX-nin rayon şöbəsinin rəhbərliyi,  ağsaqqallar və Qarabağ müharibəsi əlliləri, çağırışçı gənclər, valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
    Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğu diqqətə çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Masallı gənclərinin Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına əminliyini ifadə etdi.
    Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayan rayon rəhbəri bildirdi ki, 27 sentyabrdan etibarən, torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə müzəffər ordumuz düşmən üzərinə qətiyyətlə irəliləyir. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların, əsgərlərimizin rəşadətindən qürur duyuruq. Hamılıqla Ali Baş Komandanın Sərəncamlarını təntənə ilə qarşılayır, qətiyyətli mövqeyini dəstəkləyirik. Əminik ki, bayrağımız tezliklə Xankəndində, Şuşada, Qarabağın digər ərazilərində dalğalanacaq.
    SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çıxışında qeyd etdi ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və 3 ay müddətində orada təlimlər keçəcək, hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Yenilməz ordumuzun gücü, müzəffər əsgərlərimizin qələbə əzmi sayəsində tezliklə daha böyük zəfərlərə imza atacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Çünki Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malikdir.
    Çıxışlar zamanı çağırışçılara hərbi xidmətlərində uğurlar, qalib əsgərlər kimi geri dönmələri arzulandı.
    Daha sonra gənclərin, valideyn və yaxınlarının fikirlərini öyrənməyə çalışdım.
    Hərbi xidmətə yola düşən çağırışçılar Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına, Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz verdilər.

    Övladlarını əsgərliyə yola salan valideynlər gənclərə komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında, layiqincə yerinə yetirmələrini, Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumağı tövsiyə etdilər.
    Oktyabr çağırışçıları “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanındır” kimi qələbə şüarları və alqış sədaları altında üçrəngli bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola düşdülər.
    Məlumat üçün bildirək ki, gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,      
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    2. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    3. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    4. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    5. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    6. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    7. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    8. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    9. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    10. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    11. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    12. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    13. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    14. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    16. 15:46 Masallı DAİM-də dəyirmi masa
    17. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    18. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    19. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    20. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    21. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    22. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    23. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    25. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    26. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    27. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    28. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    29. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    30. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    31. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    32. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    33. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    34. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    35. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    36. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    37. 23:30 22 iyul Milli Mətbuat günü
    38. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    39. 23:00 22 iyul Milli Mətbuat Günü 
    40. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ