• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb

    Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb


    Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb

    Masallı şəhər Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, müəllimlər, məktəblilər, ictimai təşkilatların rəhbərləri, hərbi çağırışçıların valideynləri, KİV nümayəndələri, və s. iştirak ediblər.
    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bildirib ki, təbii ki, hər bir gəncin öz vətəndaşlıq borcunu yerinə yetirməsi onun müqəddəs borcudur. Məhz bu gün Masallı rayonundan bir qrup gənc hərbi hissələrə yola düşəcəklər. Bu münasibətlə həmin gəncləri və valideynlərini təbrik edirəm. Vətəni sevmək, lazım olduğunda Vətənini düşməndən qorumaq üçün döyüşmək müqəddəs bir vəzifədir.
    – Mənfur ermənilərin qisası alınmalıdır. Bəli, bu gün hər bir azərbaycan əsgəri və zabiti, çağırışçılar hərbin sirlərinə dərindən yiyələnərək, şəhidlərimizin qisasını almaq üçün çalışmalıdırlar. Hər bir əsgər və zabit, hər bir Azərbaycan vətəndaşı ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Əmrinə hər an hazır olmalıdır.-deyə RİH başçısı çıxışında bildirib.
    Rayon rəhbəri bir daha hərbi xidmətə yollanan bütün gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıb. O, bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur.
    Çağırışçı Rəhman Şükürov, çağırışçı valideyni Mürüvvət Rufullayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyini rayon şöbəsinin sədri Nahid Rəhimov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyiblər.
    Masallı Regional Mədəniyyət İdarəsi, şəhər Mədəniyyət Mərkəzi, Xalq Teatrının incəsənət ustalarının, «Halay» folklor ancamblının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar və rəqslər ifa edilib, ədəbi-bədii kompozisiya göstərilib. Tədbirə toplaşan hərbi hissənin əsgər və zabitləri, çağırışçı gənclər və onların ata-anaları, tələbələr, ictimaiyyət nümayəndələri geniş meydanda dövrə vuraraq rəqs ediblər.
    Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb ordu sıralarına yola düşüblər.





     
    “Yeni həyat”,
    www.yeniheyet.az
    fotolar E.Əliyevindir.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ