Главная > Siyasət > Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb
Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb16-01-2020, 17:13. Разместил: yeni321 |
Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb Masallı şəhər Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, müəllimlər, məktəblilər, ictimai təşkilatların rəhbərləri, hərbi çağırışçıların valideynləri, KİV nümayəndələri, və s. iştirak ediblər. Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək bildirib ki, təbii ki, hər bir gəncin öz vətəndaşlıq borcunu yerinə yetirməsi onun müqəddəs borcudur. Məhz bu gün Masallı rayonundan bir qrup gənc hərbi hissələrə yola düşəcəklər. Bu münasibətlə həmin gəncləri və valideynlərini təbrik edirəm. Vətəni sevmək, lazım olduğunda Vətənini düşməndən qorumaq üçün döyüşmək müqəddəs bir vəzifədir. – Mənfur ermənilərin qisası alınmalıdır. Bəli, bu gün hər bir azərbaycan əsgəri və zabiti, çağırışçılar hərbin sirlərinə dərindən yiyələnərək, şəhidlərimizin qisasını almaq üçün çalışmalıdırlar. Hər bir əsgər və zabit, hər bir Azərbaycan vətəndaşı ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Əmrinə hər an hazır olmalıdır.-deyə RİH başçısı çıxışında bildirib. Rayon rəhbəri bir daha hərbi xidmətə yollanan bütün gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıb. O, bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur. Çağırışçı Rəhman Şükürov, çağırışçı valideyni Mürüvvət Rufullayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyini rayon şöbəsinin sədri Nahid Rəhimov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyiblər. Masallı Regional Mədəniyyət İdarəsi, şəhər Mədəniyyət Mərkəzi, Xalq Teatrının incəsənət ustalarının, «Halay» folklor ancamblının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar və rəqslər ifa edilib, ədəbi-bədii kompozisiya göstərilib. Tədbirə toplaşan hərbi hissənin əsgər və zabitləri, çağırışçı gənclər və onların ata-anaları, tələbələr, ictimaiyyət nümayəndələri geniş meydanda dövrə vuraraq rəqs ediblər. Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb ordu sıralarına yola düşüblər. “Yeni həyat”, www.yeniheyet.az fotolar E.Əliyevindir. Вернуться назад |