Главная > Siyasət > Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar
Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar2-10-2020, 19:43. Разместил: yeni321 |
![]() Masallıda çağırışçı gənclər hərbi xidmətə yollanıblar ZƏFƏRLƏ GERİ DÖNÜN Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da gənclər müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi ilə gedirlər. Oktyabrın 2-də rayonun bir qrup çağırışçı gənci hərbi xidmətə yola salınıb. ![]() Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin qarşısındakı yolasalma mərasimində Masallı RİH başçısı və aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, SHÇXDX-nin rayon şöbəsinin rəhbərliyi, ağsaqqallar və Qarabağ müharibəsi əlliləri, çağırışçı gənclər, valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğu diqqətə çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Masallı gənclərinin Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına əminliyini ifadə etdi. Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayan rayon rəhbəri bildirdi ki, 27 sentyabrdan etibarən, torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda başlanan döyüşlərdə müzəffər ordumuz düşmən üzərinə qətiyyətlə irəliləyir. Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların, əsgərlərimizin rəşadətindən qürur duyuruq. Hamılıqla Ali Baş Komandanın Sərəncamlarını təntənə ilə qarşılayır, qətiyyətli mövqeyini dəstəkləyirik. Əminik ki, bayrağımız tezliklə Xankəndində, Şuşada, Qarabağın digər ərazilərində dalğalanacaq. ![]() Çıxışlar zamanı çağırışçılara hərbi xidmətlərində uğurlar, qalib əsgərlər kimi geri dönmələri arzulandı. Daha sonra gənclərin, valideyn və yaxınlarının fikirlərini öyrənməyə çalışdım. Hərbi xidmətə yola düşən çağırışçılar Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarına, Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz verdilər. ![]() Oktyabr çağırışçıları “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanındır” kimi qələbə şüarları və alqış sədaları altında üçrəngli bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola düşdülər. Məlumat üçün bildirək ki, gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |