Главная > Maraqlı > Təzə şeirlər
Təzə şeirlər17-05-2022, 20:30. Разместил: admin44 |
![]() Bu yurdun Qəhrəman ər oğulları Qarabağ müharibəsi iştirakçılarına Dastan yaratdılar, tarix yazdılar, Bu yurdun qəhrəman, ər oğulları. Xain düşmənləri torpağımızdan, Qovdular Vətənin nər oğulları ! Düşmənin səddini yardı ordumuz, Onların belini qırdı ordumuz. İgidlər yurdudur bizim yurdumuz, Yurdun Polad kimi var oğulları. Düşmənlərin qanın tökdü Mübariz, Onlara göz dağı çəkdi Mübariz Tək deyil, kim deyir təkdi Mübariz, Yurdun Mübarizdir hər oğulları. Aşılmaz dağları aşdıq Şuşada, Biz zəfər bayrağın sancdıq Şuşada Şaxtaya, borana düşdük Şuşada, Qorxuda bilmədi qar, oğulları. Eloğlu, həsrətlə ötsə də illər, Şükür, doğma yurda qayıtdı ellər. Bir dəmir yumruqda birləşib əllər, Yaşasın, var olsun, var oğulları. Qədiməli ELOĞLU, Masallı rayonu, Birinci Yeddioymaq kəndi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |