Главная > Maraqlı > “Yeni həyat” – 90
“Yeni həyat” – 9021-06-2022, 16:42. Разместил: admin44 |
Ən yaxşı bölgə qəzeti Ötən əsrin 70-ci illərindən Mahmudavar kənd orta məktəbində çalışmışam. Əvvəlcə məktəb uşaq təşkilatının rəhbəri, daha sonra müəllim kimi fəaliyyətim olub. Kəndimizdən üç jurnalistin – Aydın Əliquliyev, Alxas və Həsənağa Əliyevlərin “Yeni həyat” (“Çağırış”) qəzetində çalışması məni də ara-sıra kənd təsərrüfatı və məktəb həyatından məqalələr hazırlayıb redaksiyaya göndərməyə ruhlandırırdı. Həftədə üç dəfə çap edilən qəzetin səhifələrində yazılarımı görəndə sevincim birə on artırdı. Bəzən ayda mənə qonarar da göndərilərdi. “Çağırış” çox maraqlı çıxardı. Rayonun güzgüsü kimi hər bir sahə geniş və mütəmadi olaraq səhifələrində görünürdü. Rayonda çayçılığın, tərəvəzçiliyin, heyvandarlığın, sənayenin, tikinti-abadlıq işlərinin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı səhifələrində əksini tapırdı. Həmin illərdə qəzet bacarıqlı yazarları ətrafına yığmışdı. Vaqif Hüseynov istedadlı, cəsarətli, sözünü deyən redaktor idi. Rayonda polis rəisindən felyeton yazmışdı. Başqa məmurlar barədə də yumorlu yazıları rayonda onu yaxşı, istedadlı jurnalist kimi tanıtmışdı. “Antey İsmayıl”, “Dəryada balıq sövdası”, “Rəhimsiz Rəhim” və s. bu kimi felyetonları rayonda deyil, ölkədə ona imic qazandırdı. Vaqif Hüseynovun və İbrahim İbrahimovun redaktor olduqları illərdə redaksiyanın 6 əməkdaşı SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edildi. Həmin illərdə qəzet əməkdaşlarından İbrahim İbrahimovun, Aydın Əliquliyevin, Mühacir Qurbanovun, kənar müəlliflərdən Əvəz Nəbioğlu, Əhməd Səmədov, Soltanağa Məhərrəmov, Həsən Əhədin, Əyyub Xankişiyev və başqalarının oçerk, hekayə, zarisovkaları müntəzəm dərc olunurdu. Oxucular qəzetin hər nömrəsini səbirsizliklə gözləyirdilər. Qəzetin tənqidi yazıları aidiyyatı idarə və müəssisələrdə müzakirə edilib redaksiyaya cavab göndərilirdi. Bu yazılar “Çağırış” a cavab verirlər” rubrikası altında dərc edilirdi. Qəzetin kəsərli yazıları bəzən ölkə mətbuatında da verilirdi. Bu gün yenə də 90 yaşlı “Yeni həyat” oxucuların sevimlisidir. Axı o, bir əsrə yaxındır ki, Masallı ziyalıları ilə dostluq edir, rayonun uğurlarını, problemlərini oxuculara çatdırır. Masallının tarixini müntəzəm işıqlandıran qəzeti və onu ərsəyə gətirənləri – Baş redaktor Əlihüseyn Şükürovu, yaradıcı işçilərini – Həsənağa Əliyev, Akif Ağayev, Südabə Məmmədovanı “Yeni həyat”ın 90 illik yubileyi münasibəti ilə təbrik edir, uzun illər dostluq etdiyim əməkdaşlarına uğurlar, iti qələm, cansağlığı arzulayıram. Xanağa ƏLİYEV, “Yeni həyat”ın ştatdankənar müxbiri. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |