• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Yeni həyat” – 90

    “Yeni həyat” – 90


    Ən yaxşı bölgə qəzeti
    Ötən əsrin 70-ci illərindən Mahmudavar kənd orta məktəbində çalışmışam. Əvvəlcə məktəb uşaq təşkilatının rəhbəri, daha sonra müəllim kimi fəaliyyətim olub. Kəndimizdən üç jurnalistin – Aydın Əliquliyev, Alxas və Həsənağa Əliyevlərin “Yeni həyat”  (“Çağırış”) qəzetində çalışması məni də ara-sıra kənd təsərrüfatı və məktəb həyatından məqalələr hazırlayıb redaksiyaya göndərməyə ruhlandırırdı. Həftədə üç dəfə çap edilən qəzetin səhifələrində yazılarımı görəndə sevincim birə on artırdı. Bəzən ayda mənə qonarar da göndərilərdi.
    “Çağırış” çox maraqlı çıxardı. Rayonun güzgüsü kimi hər bir sahə geniş və mütəmadi olaraq səhifələrində görünürdü.
    Rayonda çayçılığın, tərəvəzçiliyin, heyvandarlığın, sənayenin, tikinti-abadlıq işlərinin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı səhifələrində əksini tapırdı.

    Həmin illərdə qəzet bacarıqlı yazarları ətrafına yığmışdı. Vaqif Hüseynov istedadlı, cəsarətli, sözünü deyən redaktor idi. Rayonda polis rəisindən felyeton yazmışdı. Başqa məmurlar barədə də yumorlu yazıları rayonda onu yaxşı, istedadlı jurnalist kimi tanıtmışdı. “Antey İsmayıl”, “Dəryada balıq sövdası”, “Rəhimsiz Rəhim” və s. bu kimi felyetonları rayonda deyil, ölkədə ona imic qazandırdı.
    Vaqif Hüseynovun və İbrahim İbrahimovun redaktor olduqları illərdə  redaksiyanın 6 əməkdaşı SSRİ Jurnalistlər Birliyinin üzvlüyünə qəbul edildi. Həmin illərdə qəzet əməkdaşlarından İbrahim İbrahimovun, Aydın Əliquliyevin, Mühacir Qurbanovun, kənar müəlliflərdən Əvəz Nəbioğlu, Əhməd Səmədov, Soltanağa Məhərrəmov, Həsən Əhədin, Əyyub Xankişiyev və başqalarının oçerk, hekayə, zarisovkaları  müntəzəm dərc olunurdu. Oxucular qəzetin hər nömrəsini səbirsizliklə gözləyirdilər. Qəzetin tənqidi yazıları aidiyyatı idarə və müəssisələrdə müzakirə edilib redaksiyaya cavab göndərilirdi. Bu yazılar “Çağırış” a cavab verirlər” rubrikası altında dərc edilirdi.
    Qəzetin kəsərli yazıları bəzən ölkə mətbuatında da verilirdi.
    Bu gün yenə də 90 yaşlı “Yeni həyat” oxucuların sevimlisidir. Axı o, bir əsrə yaxındır ki, Masallı ziyalıları ilə dostluq edir, rayonun uğurlarını, problemlərini oxuculara çatdırır. Masallının tarixini müntəzəm işıqlandıran qəzeti və onu ərsəyə gətirənləri – Baş redaktor Əlihüseyn Şükürovu,  yaradıcı işçilərini – Həsənağa Əliyev, Akif Ağayev, Südabə Məmmədovanı “Yeni həyat”ın  90 illik yubileyi münasibəti ilə  təbrik edir, uzun illər dostluq etdiyim əməkdaşlarına uğurlar, iti qələm, cansağlığı arzulayıram.

                                                                               
    Xanağa ƏLİYEV,
    “Yeni həyat”ın ştatdankənar müxbiri.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ