Главная > Maraqlı > ŞİRVAN ƏBİLOV - 90
ŞİRVAN ƏBİLOV - 909-09-2022, 14:26. Разместил: admin44 |
“Yaxşılara yaxşı deyək” silsiləsindən Adamların naxışı Mahmudavar qəbiristanında bir məzar var. İki il öncə burada ünvan tapan bu məzarın üstü həmişə get-gəllidir. Əklillər, qızıl güllər, qərənfillər bəzəyir bu məzarı. Səməd Vurğun demişkən, soyuq məzara da zinətdir insan. Bu məzar sahibi də uyuduğu torpağa bəzəkdir, zinətdir. Ömrün xoşbəxt çağlarında olduğu kimi burada da bu məzarın ətrafı ata, ana, ömür-gün dostu, əmi – Əbilovların dünyasını dəyişmiş bütün nümayəndələrinin məzarı ilə əhatələnib. Məzarın yanından keçən hər kəs ayaq saxlayıb məzara tərəf boylanır: Allah sənə qəni-qəni rəhmət eləsin, Şirvan müəllim... əmi...Əbilov... Gələnlər də müxtəlif ünvanlardan: Lənkəran, Astara, Göytəpə, Cəlilabad... Masallının ayrı-ayrı kəndlərindən... Mahmudavardan. Ara-sıra mən də bu məzarın önünə gəlir, ruhuna salavat göndərirəm, “heyif səndən, Əbilov” deyir, köks ötürürəm. Xatirələr məni ötən günlərə aparır: Həsənağa, idarənin həyətində yaxşı bir bağ salmışam, arada gəl bax, onu qəzetdə işıqlandır. Ad günlərimdə haqqımda maraqlı anları xatırlayırdı. Başqa vaxtlarda da Şirvan Əbilovu xatırlayanda onun cəmiyyətdə gərəkli olduğunu, gülər üzü, boy-buxunu ilə iştirak etdiyi tədbirlərdə seçilərdi. Belə tədbirlərdə həmişə şirin danışığı, maraqlı söhbətləri ilə hamını özünə cəlb edərdi, mütləq yeni, heç kimin eşitmədiyi sözlərlə məclisə xoş ab-hava gətirərdi. Şair demişkən, məclislərin, cəmiyyətin naxışı idi. Bu da həyatda hər kəsə qismət olmur. Adını unutduğum bir musakücəlinin dedikləri yadıma düşdü: kənd yolunda maşın bir uşağı vurmuşdu. Ölüm olmasa da, oğlunu cinayətə cəlb etmişdilər. Kənddə bir çoxları bilirdi ki, hadisəni kim törədib. Yeganə ümid yerim Şirvan Əbilov idi. Polisə getdim, dedilər məzuniyyətdədir, üç gündən sonra qayıdacaq. İkinci dəfə gələndə olayı ona danışdım. “De ki, Əbilov, sən öləsən, uşağı oğlun vurmayıb. Dedim sənlə kəsdiyim çörəyə and olsun. İki saat keçməmiş oğlunu buraxdılar, əsl günahkarı içəri saldılar. Bütün araşdırmaları bir “sən öləsənə” yekunlaşdıran insan dünyada həmişə yaşayacaq. Şirvan müəllim ədalətli, ürəyi təmiz, necə deyərlər, uşaqla uşaq, arxasıza arxa duran bir insan kimi də əbədiyyətə qovuşdu. Bu gün Şirvan Əbilov haqqında danışanda onun bir ziyalı, ağsaqqal kimi ədaləti müdafiə edib mənə kömək olmasını unuda bilmirəm. 1994-cü ildə məni təhlükəsizlik orqanlarına çağırıb, guya Sığdaş kəndində Ulu Öndərin əleyhinə imza toplamağımı dedilər. Köməyimə ilk çatan Şirvan müəllim oldu. O, mənim AXCP hakimiyyəti dövründə “Çağırış” qəzetində Heydər Əliyevin Azərbaycanın xilaskarı olacağı barədə tanınmış ziyalılardan, sadə adamlardan aldığım müsahibəni dərc edilən nüsxəsini nümunə göstərib, mənim YAP-ın rayon təşkilatını yaradan on nəfərdən biri olduğumu haqqında bəzi təşkilatlara məktub göndərdi. Nəticədə bu təhlükə məndən sovuşdu. Bu, Şirvan müəllimin etdiyi yüzlərlə yaxşılıqdan biri idi. Şirvan Əbilov yaşasaydı 90 yaşı olacaqdı. Belə maraqlı ömür sahibi uzun zaman ürəklərdə yaşayacaq. Masallı ölkəmizdə əhalisinə görə böyük rayonlardandır. Rayonumuzda ona şan-şöhrət gətirən adamlar çox olub. Onlar Azərbaycanın müstəqilliyini qorumaqda, ölkə iqtisadiyyatının möhkəmdirilməsində, ictimai-siyasi fəaliyyətdə, elm və təhsildə, mədəniyyətdə, bir sözlə, bütün sahələrdə böyük zəhmət sərf ediblər. Belə adamlar ömürlərini fanatiklər kimi Vətənimizin, Azərbaycanımızın müstəqilliyinə sərf ediblər. Masallıya fəxarət gətirəcək, onun adını hər yerdə ucaldacaq, özləri həyatdan köçsələr də bu gün işi, əməli, ictimai fəaliyyəti ilə xatirələrdə yaşayırlar. Belə adamlardan biri də bütün ölkədə Ulu Öndər Heydər Əliyevin silahdaşı kimi tanınan Prezident təqaüdçüsü olmuş Şirvan Əbilovdur. Şirvan Rəşid oğlu Əbilov 10 sentyabr 1932-cü ildə anadan olmuşdur. Ali təhsilli aqronom kimi rayonun ayrı-ayrı təsərrüfatlarında ixtisası üzrə işləmişdir. Sonra daxili işlər orqanlarında calışmış, Masallı Rayon Daxili İşlər şöbəsi rəisinin müavini vəzifəsinədək ucalmış, Cəlilabad RDİŞ-də pasport-masa rəisi vəzifəsində işləmişdir. Təqaüdə çıxandan sonra da çalışqanlığını görüb onu doğma kəndində – Füzuli adına sovxozda direktor təyin ediblər. Şirvan Əbilov burada da gücünü, təşkilatçılığını göstərmişdir. Qısa müddət ərzində sovxoza yeni kənd təsərrüfatı texnikaları gətirmiş, kəndin mərkəzində idarə binası tikdirmiş, uşaq bağçası yaratmış, park saldırmış, bir neçə küçəni asfaltlaşdırmağa nail olmuşdur. Ölkədə siyasi böhran yarananda, AXCP hakimiyyəti xalqı çətin vəziyyətdə qoyanda Şirvan Əbilov həyatını riskə ataraq belə mürəkkəb şəraitdə Naxçıvana gedərək Ulu Öndərin səsinə səs qatmış, ümidverici gələcəyimiz olan Yeni Azərbaycan Partiyasına üzv yazılmış, Siyasi Şurasına üzv seçilmişdir. Elə həmin yığncağda Ümummilli Lider Heydər Əliyev Şirvan Əbilovun siyasi əqidəsini, Vətənə, Ulu Öndərə olan sevgi və məhəbbətini nümunə gətirmişdir. Şirvan Əbilov isə Ulu Öndərə, Vətənə məhəbbətini Cənub bölgəsində Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının yaradılması ilə bir daha sübut etmiş, tezliklə ətrafına yüzlərlə siyasi həmfikir toplaya bilmişdir. Şirvan Əbilov həmin illərdə Respublika Sosial Müdafiə Fondu Masallı rayon təşkilatının müdiri vəzifəsində çalışmışdır. Dövlətçiliyimizə, xalqına, Ulu Öndərə həmişə sədaqət göstərən Şirvan müəllim “Tərəqqi” medalı ilə təltif olunub, Prezident təqaüdünə layiq görülüb. HƏSƏNAĞA. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |