• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » ŞİRVAN ƏBİLOV - 90

    ŞİRVAN ƏBİLOV - 90


    “Yaxşılara yaxşı deyək” silsiləsindən
    Adamların naxışı

    Mahmudavar  qəbiristanında bir məzar var. İki il öncə burada ünvan tapan bu məzarın üstü həmişə get-gəllidir. Əklillər, qızıl güllər, qərənfillər bəzəyir bu məzarı. Səməd Vurğun demişkən, soyuq məzara da zinətdir insan. Bu məzar sahibi də uyuduğu torpağa bəzəkdir, zinətdir. Ömrün xoşbəxt çağlarında olduğu kimi burada da bu məzarın ətrafı ata, ana, ömür-gün dostu, əmi – Əbilovların dünyasını dəyişmiş bütün nümayəndələrinin məzarı ilə əhatələnib. Məzarın yanından keçən hər kəs ayaq saxlayıb məzara tərəf boylanır: Allah sənə qəni-qəni rəhmət eləsin, Şirvan müəllim... əmi...Əbilov...

    Gələnlər də müxtəlif ünvanlardan: Lənkəran, Astara, Göytəpə, Cəlilabad... Masallının ayrı-ayrı kəndlərindən... Mahmudavardan.
    Ara-sıra mən də bu məzarın önünə gəlir, ruhuna salavat göndərirəm, “heyif səndən, Əbilov” deyir, köks ötürürəm. Xatirələr məni ötən günlərə aparır: Həsənağa, idarənin həyətində yaxşı bir bağ salmışam, arada gəl bax, onu qəzetdə işıqlandır. Ad günlərimdə haqqımda maraqlı anları xatırlayırdı.

    Başqa vaxtlarda da Şirvan Əbilovu xatırlayanda onun cəmiyyətdə gərəkli olduğunu, gülər üzü, boy-buxunu ilə iştirak etdiyi tədbirlərdə seçilərdi. Belə tədbirlərdə həmişə şirin danışığı, maraqlı söhbətləri ilə hamını özünə cəlb edərdi, mütləq yeni, heç kimin eşitmədiyi sözlərlə məclisə xoş ab-hava gətirərdi. Şair demişkən, məclislərin, cəmiyyətin naxışı idi. Bu da həyatda hər kəsə qismət olmur.
    Adını unutduğum bir musakücəlinin  dedikləri yadıma düşdü: kənd yolunda maşın bir uşağı vurmuşdu. Ölüm olmasa da, oğlunu cinayətə cəlb etmişdilər. Kənddə bir çoxları bilirdi ki, hadisəni kim törədib. Yeganə ümid yerim Şirvan Əbilov idi. Polisə getdim, dedilər məzuniyyətdədir, üç gündən sonra qayıdacaq. İkinci dəfə gələndə olayı ona danışdım. “De ki, Əbilov, sən öləsən, uşağı oğlun vurmayıb. Dedim sənlə kəsdiyim çörəyə and olsun. İki saat keçməmiş oğlunu buraxdılar, əsl günahkarı içəri saldılar. Bütün araşdırmaları bir “sən öləsənə”  yekunlaşdıran insan dünyada həmişə yaşayacaq.

    Şirvan müəllim ədalətli, ürəyi təmiz, necə deyərlər, uşaqla uşaq, arxasıza arxa  duran bir insan kimi də əbədiyyətə qovuşdu. Bu gün Şirvan Əbilov haqqında danışanda onun bir ziyalı, ağsaqqal kimi ədaləti müdafiə edib mənə kömək olmasını unuda bilmirəm. 1994-cü ildə məni təhlükəsizlik orqanlarına çağırıb, guya Sığdaş kəndində Ulu Öndərin əleyhinə imza toplamağımı dedilər. Köməyimə ilk çatan Şirvan müəllim oldu. O, mənim AXCP hakimiyyəti dövründə “Çağırış” qəzetində Heydər Əliyevin Azərbaycanın xilaskarı olacağı barədə tanınmış ziyalılardan, sadə adamlardan aldığım müsahibəni dərc edilən nüsxəsini nümunə göstərib, mənim YAP-ın rayon təşkilatını yaradan on nəfərdən biri olduğumu haqqında bəzi təşkilatlara məktub göndərdi. Nəticədə bu təhlükə məndən sovuşdu. Bu, Şirvan müəllimin etdiyi yüzlərlə yaxşılıqdan biri idi.
    Şirvan Əbilov yaşasaydı 90 yaşı olacaqdı. Belə maraqlı ömür sahibi uzun zaman ürəklərdə  yaşayacaq.

    Masallı ölkəmizdə əhalisinə görə böyük rayonlardandır. Rayonumuzda ona şan-şöhrət gətirən adamlar çox olub. Onlar Azərbaycanın müstəqilliyini qorumaqda, ölkə iqtisadiyyatının möhkəmdirilməsində, ictimai-siyasi fəaliyyətdə, elm və təhsildə, mədəniyyətdə, bir sözlə, bütün sahələrdə böyük zəhmət sərf ediblər. Belə adamlar ömürlərini fanatiklər kimi Vətənimizin, Azərbaycanımızın müstəqilliyinə sərf ediblər.
    Masallıya fəxarət gətirəcək, onun adını hər yerdə ucaldacaq, özləri həyatdan köçsələr də bu gün işi, əməli, ictimai fəaliyyəti ilə xatirələrdə yaşayırlar.

    Belə adamlardan biri də bütün ölkədə Ulu Öndər Heydər Əliyevin silahdaşı kimi tanınan Prezident təqaüdçüsü olmuş Şirvan Əbilovdur.
    Şirvan Rəşid oğlu Əbilov  10 sentyabr 1932-cü ildə anadan olmuşdur. Ali təhsilli aqronom kimi rayonun ayrı-ayrı təsərrüfatlarında ixtisası üzrə işləmişdir. Sonra daxili işlər orqanlarında calışmış, Masallı Rayon Daxili İşlər şöbəsi rəisinin müavini vəzifəsinədək ucalmış, Cəlilabad RDİŞ-də pasport-masa rəisi vəzifəsində işləmişdir. Təqaüdə çıxandan sonra da çalışqanlığını görüb onu doğma kəndində – Füzuli adına sovxozda direktor təyin ediblər. Şirvan Əbilov burada da gücünü, təşkilatçılığını göstərmişdir. Qısa müddət ərzində sovxoza yeni kənd təsərrüfatı texnikaları gətirmiş, kəndin mərkəzində idarə binası tikdirmiş, uşaq bağçası yaratmış, park saldırmış, bir neçə küçəni asfaltlaşdırmağa nail olmuşdur.
    Ölkədə siyasi böhran yarananda, AXCP hakimiyyəti xalqı çətin vəziyyətdə qoyanda Şirvan Əbilov həyatını riskə ataraq  belə mürəkkəb şəraitdə
    Naxçıvana gedərək Ulu Öndərin səsinə səs qatmış, ümidverici gələcəyimiz olan Yeni Azərbaycan Partiyasına üzv yazılmış, Siyasi Şurasına  üzv seçilmişdir. Elə həmin yığncağda Ümummilli Lider Heydər Əliyev Şirvan Əbilovun siyasi əqidəsini, Vətənə, Ulu Öndərə olan sevgi və məhəbbətini nümunə gətirmişdir.

    Şirvan Əbilov isə Ulu Öndərə, Vətənə məhəbbətini  Cənub bölgəsində Yeni Azərbaycan Partiyasının  Masallı rayon təşkilatının yaradılması ilə bir daha sübut etmiş, tezliklə ətrafına yüzlərlə siyasi həmfikir toplaya bilmişdir. Şirvan Əbilov həmin illərdə Respublika Sosial Müdafiə Fondu Masallı rayon təşkilatının müdiri vəzifəsində çalışmışdır.

    Dövlətçiliyimizə, xalqına, Ulu Öndərə həmişə sədaqət göstərən Şirvan müəllim “Tərəqqi” medalı ilə təltif olunub, Prezident təqaüdünə layiq görülüb.


    HƏSƏNAĞA.


    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    3. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    5. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    6. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    7. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    8. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    9. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    10. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    11. 23:30 Tarixi qələbəyə aparan yol
    12. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    13. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    15. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    16. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    17. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    19. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    20. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    21. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    22. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    23. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    25. 11:31 Masallıda Qurban bayramı - 2025
    26. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    27. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    28. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    29. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    31. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    34. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    35. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    36. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    37. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    38. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    39. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    40. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ