• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.

    Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Qurbanməmmet Elyasov dedi: Hörmətli cənab Prezident, Türkmənistanın Azərbaycan Respublikasında səfiri təyin olunmağım barədə etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu bu gün Sizə təqdim etməyi özümə böyük şərəf sayıram.

    Səfiri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun.

    Bildiyiniz kimi, ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır. Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir. Çünki bir daha demək istəyirəm ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.

    Əminəm ki, bundan sonra da Azərbaycan və türkmən xalqları iki qardaş xalq kimi çiyin-çiyinə gedəcək və qarşıda duran bütün vəzifələri uğurla icra edəcəklər. Bizi bir-birimizdən ayıran Xəzər dənizidir. Ancaq Xəzər dənizi də hazırda ölkələri birləşdirən dənizdir. Xəzər dənizinin ekoloji tarazlığının, təbii resurslarının qorunması əlbəttə ki, bütün Xəzəryanı ölkələr üçün əsas vəzifələrdən biridir. Azərbaycan və Türkmənistan öz tərəfindən bu məsələlərə çox böyük töhfə verir.

    Bütün siyasi, iqtisadi, enerji, nəqliyyat məsələləri ilə yanaşı, xalqlarımızı ortaq tarix, ənənələr, dil, dinimiz, adət-ənənələrimiz birləşdirir. Bu, çox güclü amildir. Yəni, bu, xalqlarımızı bir-birinə sıx bağlayan amildir. Əlbəttə ki, insanlar arasındakı təmasların iki dövlət arasındakı münasibətlərdə xüsusi yeri var.

    Əminəm ki, siz Azərbaycanda fəal səfir kimi çalışacaqsınız. İki Prezidentin qarşıya qoyduqları vəzifələrin icrası imkan verəcək ki, əməkdaşlığımız daha da çoxşaxəli və nəticəyə hesablanmış olsun.

    İnanıram ki, əldə edilmiş razılaşmaların icrası yeni imkanlar açacaq. Çünki indi biz əməkdaşlığın çox önəmli mərhələsindəyik. Ancaq iki ölkənin bütün imkanları hələ ki, tam realizə olunmayıb, yəni, ikitərəfli əməkdaşlıq formatında. Ona görə əldə edilmiş razılaşmaların icrası öz növbəsində yeni addımlara gətirib çıxaracaq.

    Sizə uğurlar arzulayıram. Əminəm ki, burada özünüzü evdəki kimi hiss edəcəksiniz.

    Səfir Qurbanməmmet Elyasov dedi: Çox sağ olun, hörmətli cənab Prezident. İlk öncə vaxt tapıb məni qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

    İcazə verin, Türkmənistanın hörmətli Prezidenti Sərdar Berdiməhəmmədovun, eyni zamanda, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Sizə göndərdiyi səmimi salamlarını və xoş arzularını çatdırım.

    Hörmətli cənab Prezident, Sizin də bildiyiniz kimi, Türkmənistan ilə dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərinin, dilin, dinin, atalarımızdan, əcdadlarımızdan bizə miras qalan mənəvi və mədəni dəyərlərin bağladığı Azərbaycan dövlətində səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Məlum olduğu kimi, bu münasibətlər həm də strateji xarakter daşıyır. Qarşılıqlı səfərlər, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlər, həm də həyata keçirilmiş bir çox layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayır. Siyasi, iqtisadi sahələrdə qarşılıqlı faydalı işlər görülüb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə faydalı işlər icra edilir. Biz bu işlərlə fəxr edirik.

    x x x

    Dövlətimizin başçısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.





    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ