Главная > Maraqlı > Vətən müharibəsi və şanlı Qələbə
Vətən müharibəsi və şanlı Qələbə25-09-2022, 08:45. Разместил: admin44 |
10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistan ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirmişdi. Üç onillik idi ki, əcdadlarımızın mirası olan torpaqlarımız işğal altında idi. Məkrli düşmən təbii sərvətlərimizi talayır, şəhər və kəndlərimizi dağıdır, maddi və mədəniyyət abidələrimizi özününküləşdirməklə bu yerlərdən azərbaycanlı izini bütünlüklə silməyə çalışır, qanunsuz məskunlaşdırma aparırdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi və bununla da üç onillik bundan əvvəl pozulmuş tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında müharibədə ölkəmizin şanlı qələbəsini dəyərləndirərək vurğulayıb: “Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Dünyanın ayrı-ayrı ölkələrinin keçdiyi yola nəzər salsaq, görərik ki, onların həyatındakı taleyüklü məsələlərin, tarixin müxtəlif dönəmlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasında liderlər müstəsna rol oynayıblar. Azərbaycan üçün Ümummilli Liderimiz Heydər Əliyevin zamanında nə qədər böyük xidmətlər göstərdiyini xalqımız hər zaman sonsuz minnətdarlıq hissi ilə xatırlayacaq. Ulu Öndər Azərbaycanın müstəqilliyini qoruyan, respublikamızı anarxiyadan xilas edib sabitliyə qovuşduran, tənəzzül girdabından çıxarıb inkişafa istiqamətləndirən və gələcəyimiz üçün möhkəm təməllər yaradan tarixi şəxsiyyətdir. 1993-cü ilin yayında Azərbaycanda vəziyyət hədsiz dərəcədə gərgin idi - ölkə vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Belə vəziyyətdə çoxları, necə deyərlər, kənarda gəzir, suların durulmasını gözləyirdilər. Ulu Öndər Heydər Əliyev isə həmin dövrdə Onun təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini istəyən xalqının ümidlərini qırmadı, respublikamıza rəhbərliyi Öz üzərinə götürdü və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Ümummilli Liderimizin başa çatdıra bilmədiyi işləri isə son 17 ildə Onun layiqli siyasi varisi Prezident İlham Əliyev eyni ardıcıllıqla yerinə yetirir. Ulu Öndərimizin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Prezident İlham Əliyev Özünün təbirincə desək, xoşbəxt insandır ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ata vəsiyyətini yerinə yetirmək Ona nəsib oldu. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində səmimiyyətlə bildirib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün Azərbaycan cəmiyyətinin birmənalı mövqeyi belədir ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir. Analitiklər çox haqlı olaraq bildirirlər ki, 44 günlük Vətən müharibəsində qələbəni Prezident İlham Əliyev əslində, son 17 ildə dövlət başçısı vəzifəsində apardığı məqsədyönlü, ardıcıl siyasəti ilə təmin edib. Bilavasitə döyüş meydanında işğaldan azad etdi. 10 min fərari! Bu, Ermənistanın döyüşmək istəməyən, onlara həvalə olunan postları özbaşına tərk edən əsgər və zabitlərinin tam olmayan siyahısıdır. Azərbaycan tərəfdən isə bir dənə də olsun fərari qeydə alınmayıb. Əksinə, hətta yaralı əsgər və zabitlərimiz də tez sağalıb döyüşlərə qatılmağı arzulayırdılıar. Ordumuzun zərbələrindən sarsılan, diz üstə çökən, ləyaqətini büsbütün itirən düşmən ölkənin hərbi-siyasi rəhbərliyi artıq müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı. Rüfət Rufullayev, Binə Xocavar kəndi. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |