• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətən müharibəsi və şanlı Qələbə

    Vətən müharibəsi və şanlı Qələbə


    10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğalçı Ermənistan ölkəmizdəki hərc-mərclikdən, hakimiyyət boşluğundan sui-istifadə etməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirmişdi. Üç onillik idi ki, əcdadlarımızın mirası olan torpaqlarımız işğal altında idi. Məkrli düşmən təbii sərvətlərimizi talayır, şəhər və kəndlərimizi dağıdır, maddi və mədəniyyət abidələrimizi özününküləşdirməklə bu yerlərdən azərbaycanlı izini bütünlüklə silməyə çalışır, qanunsuz məskunlaşdırma aparırdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi və bununla da üç onillik bundan əvvəl pozulmuş tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında müharibədə ölkəmizin şanlı qələbəsini dəyərləndirərək vurğulayıb: “Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.
                 
    Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Dünyanın ayrı-ayrı ölkələrinin keçdiyi yola nəzər salsaq, görərik ki, onların həyatındakı taleyüklü məsələlərin, tarixin müxtəlif dönəmlərində üzləşdikləri çətinliklərin aradan qaldırılmasında liderlər müstəsna rol oynayıblar. Azərbaycan üçün Ümummilli Liderimiz Heydər Əliyevin zamanında nə qədər böyük xidmətlər göstərdiyini xalqımız hər zaman sonsuz minnətdarlıq hissi ilə xatırlayacaq. Ulu Öndər Azərbaycanın müstəqilliyini qoruyan, respublikamızı anarxiyadan xilas edib sabitliyə qovuşduran, tənəzzül girdabından çıxarıb inkişafa istiqamətləndirən və gələcəyimiz üçün möhkəm təməllər yaradan tarixi şəxsiyyətdir. 1993-cü ilin yayında Azərbaycanda vəziyyət hədsiz dərəcədə gərgin idi - ölkə vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı. Belə vəziyyətdə çoxları, necə deyərlər, kənarda gəzir, suların durulmasını gözləyirdilər. Ulu Öndər Heydər Əliyev isə həmin dövrdə Onun təkidlə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini istəyən xalqının ümidlərini qırmadı, respublikamıza rəhbərliyi Öz üzərinə götürdü və xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi.
                   
    Ümummilli Liderimizin başa çatdıra bilmədiyi işləri isə son 17 ildə Onun layiqli siyasi varisi Prezident İlham Əliyev eyni ardıcıllıqla yerinə yetirir. Ulu Öndərimizin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Prezident İlham Əliyev Özünün təbirincə desək, xoşbəxt insandır ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı ata vəsiyyətini yerinə yetirmək Ona nəsib oldu. “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”, - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində səmimiyyətlə bildirib.
                 
    Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gün Azərbaycan cəmiyyətinin birmənalı mövqeyi belədir ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir.
    Analitiklər çox haqlı olaraq bildirirlər ki, 44 günlük Vətən müharibəsində qələbəni Prezident İlham Əliyev əslində, son 17 ildə dövlət başçısı vəzifəsində apardığı məqsədyönlü, ardıcıl siyasəti ilə təmin edib.
                   
    Bilavasitə döyüş meydanında işğaldan azad etdi. 10 min fərari! Bu, Ermənistanın döyüşmək istəməyən, onlara həvalə olunan postları özbaşına tərk edən əsgər və zabitlərinin tam olmayan siyahısıdır. Azərbaycan tərəfdən isə bir dənə də olsun fərari qeydə alınmayıb. Əksinə, hətta yaralı əsgər və zabitlərimiz də tez sağalıb döyüşlərə qatılmağı arzulayırdılıar. Ordumuzun zərbələrindən sarsılan, diz üstə çökən, ləyaqətini büsbütün itirən düşmən ölkənin hərbi-siyasi rəhbərliyi artıq müharibəni davam etdirmək iqtidarında olmadığını etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı.



    Rüfət Rufullayev,
    Binə Xocavar kəndi.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ