Главная > Maraqlı > Zühur meydanı – VƏTƏN
Zühur meydanı – VƏTƏN26-09-2022, 13:02. Разместил: admin44 |
Bu torpaq şəhid qanı ilə elə yuyuldu, elə paklandı ki, innən belə ipək parça təki heç nəm götürməz, heç bir ləkə, heç bir yalan, heç bir haram tikə üstündə duruş gətirməz... Qəhərlənməyimiz, vaxtsız gedişlərinə yaxılıb yanmağımız öz nizamında, dönə-dönə adlarını anmağımız, sənə-sənə şəkillərini öpüb, təzimlərinə dayanmağımız öz yerində, amma bunlarla bitməz ki o boyda haqq-sayın hesabı, yalnız paklığımız olar paklıqların əsl cavabı... Toxluğun havasına tamam boğulunca nəfsimiz əriyib, tamam yox olunca içimizdəki təkəbbür, bir Zühur meydanına dönər Vətən, üzərinə cənnət quşu kimi arın-arxayın enər şəhidlər... Arif FƏRZƏLİ, şair “Yeni həyat” qəzeti, www.yeniheyet.az Sentyabr, 2022. Вернуться назад |