Zühur meydanı – VƏTƏN
- 26-09-2022, 13:02
- Maraqlı
- 0
- 273
Bu torpaq
şəhid qanı ilə
elə yuyuldu,
elə paklandı ki,
innən belə
ipək parça təki
heç nəm götürməz,
heç bir ləkə,
heç bir yalan,
heç bir haram tikə
üstündə duruş gətirməz...
Qəhərlənməyimiz,
vaxtsız gedişlərinə
yaxılıb yanmağımız
öz nizamında,
dönə-dönə adlarını anmağımız,
sənə-sənə
şəkillərini öpüb,
təzimlərinə dayanmağımız
öz yerində,
amma bunlarla bitməz ki
o boyda haqq-sayın hesabı,
yalnız paklığımız olar
paklıqların əsl cavabı...
Toxluğun havasına
tamam boğulunca nəfsimiz
əriyib,
tamam yox olunca
içimizdəki təkəbbür,
bir Zühur meydanına dönər Vətən,
üzərinə
cənnət quşu kimi
arın-arxayın enər şəhidlər...
Arif FƏRZƏLİ, şair
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
Sentyabr, 2022.