Главная > Maraqlı > Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik qələbə
Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik qələbə7-10-2022, 20:17. Разместил: admin44 |
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən bəyanatda da Azərbaycanın ərazi bütövlüyü tam şəkildə öz əksini tapıb. Dünyanın siyasi-iqtisadi gedişatı və rəsmi Bakının dəqiq hesablanmış xarici siyasət kursu Azərbaycanı Avropa üçün əvəzolunmaz, etibarlı tərəfdaş ölkəyə çevirib. Bu gün Avropa İttifaqının Azərbaycanın haqlı mövqeyini qəbul etməsi, eyni zamanda, dövlətimizin hərbi iqtisadi qüdrəti Ermənistanı fakt qarşısında qoyub və rəsmi İrəvan üçün başqa çıxış yolu qalmayıb. Bütün bəhanələrlə sülh sazişindən yayınan Paşinyan Praqada nəhayət ki, qaçılmaz razılaşmaları təsdiq etdi. Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində Avropa İttifaqının vasitəçiliyi son vaxtlar xüsusilə aktiv fazaya keçib. Danışıqların hazırki durumunu təhlil etməzdən öncə onu qeyd etmək vacibdir ki, bir zamanlar Ermənistanın işğalçılıq siyasətinə göz yuman və dəstək verən ölkələr, beynəlxalq təşkilatlar artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qalıblar. 5 saatdan artıq davam edən görüşlərdə Prezident İlham Əliyevin mükəmməl diplomatik fəaliyyətinin nəticəsi olaraq Ermənistan nəhayət ki, bəhanələrinə son qoyaraq ərazi bütövlüyümüzü tanıdı. Azərbaycan Prezidentinin apardığı danışıqlarda yalnız Ermənistanın sülh sazişi imzalaması deyil, həm də bu vaxta qədər törətdiyi cinayətlər ortaya qoyulub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırıldığını və bunun Azəbaycana qarşı terror siyasəti olduğunu dördtərəfli görüşdə ifadə edən dövlətimizin başçısı bu prosesə son qoyulmasını tələb etməklə bərabər, düşmənin bütün təxribatlarının cavabsız qalmayacağını da bildirdi. Azərbaycanın Ermənistanı sülhə məcburetmə gücündə olduğunu da açıq qeyd etdi. “Dəmir yumruq”la düşmənin başın əzən Ali Baş Komandan Azərbaycanın hələ də səbir, təmkin göstərdiyini bildirsə də, gec-tez istəklərimizə nail olunacağını qətiyyətlə vurğuladı. Cənubi Qafqazda strateji maraqları olan qüvvələr Ermənistanı sülhə məcbur etməlidirlər. Əks halda, Azərbaycan yenə də öz gücünü düşmənə göstərərək bu sülhü əldə edəcək. Prezident İlham Əliyev bundan sonra da bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini tam şəkildə qəbul etdirəcək. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxlmdan elə bir gücdədir ki, qarşı tərəfə beynəlxalq hüquqla təsbit olunmuş milli haqlarını istənilən müstəvidə qəbul etdirə bilər. Azərbaycan lideri iki il öncə cəbhədə düşməni məhv edən gücü bu gün diplomatiya meydanında ortaya qoyub və bu iradənin qarşısında heç bir qüvvə dayana bilməz. Həmişə dediyimiz kimi: Qələbə bizimlədir, biz qalib ölkəyik və bütün sahələrdə! Bunu bütün dünyaya sübut edəcək gücümüz var. Yaşasın Azərbaycan xalqı, Qarabağ bizimdir!! Ceyhun Hüseynov Soltanağa oğlu, Masallı RMX İƏ şöbəsi Masallı Şəhəri. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |