• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik qələbə

    Prezident İlham Əliyevin uğurlu siyasəti və diplomatik qələbə


    Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən bəyanatda da Azərbaycanın ərazi bütövlüyü tam şəkildə öz əksini tapıb.
               
    Dünyanın siyasi-iqtisadi gedişatı və rəsmi Bakının dəqiq hesablanmış xarici siyasət kursu Azərbaycanı Avropa üçün əvəzolunmaz, etibarlı tərəfdaş ölkəyə çevirib. Bu gün Avropa İttifaqının Azərbaycanın haqlı mövqeyini qəbul etməsi, eyni zamanda, dövlətimizin hərbi iqtisadi qüdrəti Ermənistanı fakt qarşısında qoyub və rəsmi İrəvan üçün başqa çıxış yolu qalmayıb. Bütün bəhanələrlə sülh sazişindən yayınan Paşinyan Praqada nəhayət ki, qaçılmaz razılaşmaları təsdiq etdi.
                 
    Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində Avropa İttifaqının vasitəçiliyi son vaxtlar xüsusilə aktiv fazaya keçib. Danışıqların hazırki durumunu təhlil etməzdən öncə onu qeyd etmək vacibdir ki, bir zamanlar Ermənistanın işğalçılıq siyasətinə göz yuman və dəstək verən ölkələr, beynəlxalq təşkilatlar artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qalıblar. 5 saatdan artıq davam edən görüşlərdə Prezident İlham Əliyevin mükəmməl diplomatik fəaliyyətinin nəticəsi olaraq Ermənistan nəhayət ki, bəhanələrinə son qoyaraq ərazi bütövlüyümüzü tanıdı.
                   
    Azərbaycan Prezidentinin apardığı danışıqlarda yalnız Ermənistanın sülh sazişi imzalaması deyil, həm də bu vaxta qədər törətdiyi cinayətlər ortaya qoyulub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırıldığını və bunun Azəbaycana qarşı terror siyasəti olduğunu dördtərəfli görüşdə ifadə edən dövlətimizin başçısı bu prosesə son qoyulmasını tələb etməklə bərabər, düşmənin bütün təxribatlarının cavabsız qalmayacağını da bildirdi.
                   
    Azərbaycanın Ermənistanı sülhə məcburetmə gücündə olduğunu da açıq qeyd etdi. “Dəmir yumruq”la düşmənin başın əzən Ali Baş Komandan Azərbaycanın hələ də səbir, təmkin göstərdiyini bildirsə də, gec-tez istəklərimizə nail olunacağını qətiyyətlə vurğuladı.
                 
    Cənubi Qafqazda strateji maraqları olan qüvvələr Ermənistanı sülhə məcbur etməlidirlər. Əks halda, Azərbaycan yenə də öz gücünü düşmənə göstərərək bu sülhü əldə edəcək. Prezident İlham Əliyev bundan sonra da bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini tam şəkildə qəbul etdirəcək. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxlmdan elə bir gücdədir ki, qarşı tərəfə beynəlxalq hüquqla təsbit olunmuş milli haqlarını istənilən müstəvidə qəbul etdirə bilər. Azərbaycan lideri iki il öncə cəbhədə düşməni məhv edən gücü bu gün diplomatiya meydanında ortaya qoyub və bu iradənin qarşısında heç bir qüvvə dayana bilməz. Həmişə dediyimiz kimi: Qələbə bizimlədir, biz qalib ölkəyik və bütün sahələrdə!
                 
    Bunu bütün dünyaya sübut edəcək gücümüz var.
                 
    Yaşasın Azərbaycan xalqı, Qarabağ bizimdir!!


           
    Ceyhun Hüseynov Soltanağa oğlu,
    Masallı RMX  İƏ şöbəsi  Masallı Şəhəri.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ