Главная > Maraqlı > İlham Əliyev-Müzəffər Ali Baş Komandan
İlham Əliyev-Müzəffər Ali Baş Komandan13-10-2022, 10:57. Разместил: admin44 |
Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi. Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq iki il keçib. Tarixi Zəfərimizin ildönümü ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edilir. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Artıq ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub. Hamımız şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə anır, Vətən müharibəsində qazandığımız Qələbədə əməyi olan insanları hörmətlə yad edir, qədim elimizə böyük qayıdışı səbirsizliklə, sevinclə gözləyirik. Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir.Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir. 44 günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatları ilə bağlı əmrləri icra edən hərbi rəhbərlik Müzəffər Ali Baş Komandanın verdiyi bir xüsusi tapşırığı daha dəqiqliklə icra edirdi. Çünki komandanlıq yaxşı anlayırdı ki, Prezidentin bu tapşırığı torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad etmək qədər mühüm, əhəmiyyətli və vacibdir. Fikrimizcə, bu xüsusi tapşırığının ən önəmli və aydın ifadəsi üçtərəfli Bəyanatın müddəalarında əksini tapıb.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə hərbi komandanlığa hər gün dəfələrlə təkrar etdiyi xüsusi tapşırıq, verdiyi əmr döyüş əməliyyatları zamanı düşmənə qalib gəlmək üçün savaşlarda maksimum çalışıb, ordumuzun sıralarında minimum şəxsi heyət itkisinə nail olmaq idi. Bu humanist insanın ən böyük amalı mümkün qədər az sayda vətəndaşımızın döyüşlərdə yaralanması, həlak olması idi. Dövlətimizin başçısının döyüşlərlə bağlı hər sözünün, hər tapşırığının, hər qərarının qayəsi, məqsədi daha çox insan həyatını xilas etmək idi. Ali Baş Komandanın xüsusi tapşırığı məhz maksimum insanın həyatının xilas olunmasının ön plana çəkilməsi ilə bağlı idi. Prezident İlham Əliyev təkcə öz hərbçilərimizin deyil, hətta düşmən əsgərlərinin mənasız xülya, sonu olmayan bir yol üçün ölməsini, Ermənistan rəhbərliyinin şəxsi ambisiyalarına, siyasi oyunlarına qurban olmasını belə istəmirdi. Yəni, Ali Baş Komandanımız hətta düşmən ordusunun əsgərlərinin də həyatını, onları böyüdüb boya-başa çatdıran ailələri də düşünürdü. Bu isə yüksək humanizmin göstəricisidir. Müzəffər Ali Baş Komandan hələ müharibə, aktiv döyüş əməliyyatları başlamamışdan uzun illər əvvəl də bu niyyətini açıq-aşkar, çəkinmədən, qətiyyətlə bəyan etmişdi. Ülvi Rufullayev, Binə Xocavar, Masallı rayonu “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |