• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İlham Əliyev-Müzəffər Ali Baş Komandan

    İlham Əliyev-Müzəffər Ali Baş Komandan


    Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 28 illik işğala son qoyulması göstərdi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi.
                 
    Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq iki  il keçib. Tarixi Zəfərimizin ildönümü  ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edilir. Torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalına artıq son qoyulub, düşmən darmadağın edilib. Artıq gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir. Düşmən tərəfindən viran, talan edilmiş şəhər və kəndlərimizdə bərpa-quruculuq işləri uğurla, inamla davam edir. Ötən hər gün, həftə, ay vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışını yaxınlaşdırır. Artıq ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tutub, əzəli-əbədi Azərbaycan torpaqları əsl sahiblərinə qayıdıb, habelə bir milyondan çox vətəndaşımız qaçqın, məcburi köçkün kimi yaşamaqdan və tənəli ifadələr eşitməkdən xilas olub. Hamımız şəhidlərimizin xatirəsini böyük qürur hissi ilə anır, Vətən müharibəsində qazandığımız Qələbədə əməyi olan insanları hörmətlə yad edir, qədim elimizə böyük qayıdışı səbirsizliklə, sevinclə gözləyirik.
               
    Vətən müharibəsində Zəfər qazandıqdan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər hərtərəfli təhlil edilir, nəticələri öyrənilir.Lakin təcrübə göstərir ki, sərkərdənin bacarıqlı, düşünülmüş addımları, qətiyyəti və siyasi iradəsi, uğurlu diplomatik fəaliyyəti  hələ döyüşlər başlamazdan əvvəl minlərlə insanın həyatını xilas etməyə qadirdir.
           
    44 günlük Vətən müharibəsi dövründə döyüş əməliyyatları ilə bağlı əmrləri icra edən hərbi rəhbərlik Müzəffər Ali Baş Komandanın verdiyi bir xüsusi tapşırığı daha dəqiqliklə icra edirdi. Çünki komandanlıq yaxşı anlayırdı ki, Prezidentin bu tapşırığı torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad etmək qədər mühüm, əhəmiyyətli və vacibdir. Fikrimizcə, bu xüsusi tapşırığının ən önəmli və aydın ifadəsi üçtərəfli Bəyanatın müddəalarında əksini tapıb.Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə hərbi komandanlığa hər gün dəfələrlə təkrar etdiyi xüsusi tapşırıq, verdiyi əmr döyüş əməliyyatları zamanı düşmənə qalib gəlmək üçün savaşlarda maksimum çalışıb, ordumuzun sıralarında minimum şəxsi heyət itkisinə nail olmaq idi. Bu humanist insanın ən böyük amalı mümkün qədər az sayda vətəndaşımızın döyüşlərdə yaralanması, həlak olması idi. Dövlətimizin başçısının döyüşlərlə bağlı hər sözünün, hər tapşırığının, hər qərarının qayəsi, məqsədi daha çox insan həyatını xilas etmək idi.

    Ali Baş Komandanın xüsusi tapşırığı məhz maksimum insanın həyatının xilas olunmasının ön plana çəkilməsi ilə bağlı idi. Prezident İlham Əliyev təkcə öz hərbçilərimizin deyil, hətta düşmən əsgərlərinin mənasız xülya, sonu olmayan bir yol üçün ölməsini, Ermənistan rəhbərliyinin şəxsi ambisiyalarına, siyasi oyunlarına qurban olmasını belə istəmirdi. Yəni, Ali Baş Komandanımız hətta düşmən ordusunun əsgərlərinin də həyatını, onları böyüdüb boya-başa çatdıran ailələri də düşünürdü. Bu isə yüksək humanizmin göstəricisidir. Müzəffər Ali Baş Komandan hələ müharibə, aktiv döyüş əməliyyatları başlamamışdan uzun illər əvvəl də bu niyyətini açıq-aşkar, çəkinmədən, qətiyyətlə bəyan etmişdi.



    Ülvi Rufullayev,
    Binə Xocavar, Masallı rayonu



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ