Главная > Maraqlı > Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat verib

Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat verib


24-10-2022, 14:15. Разместил: admin44

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
       
44 günlük müharibə başlayandan ta günümüzə qədər daim yanımızda olan həm maddi,həm mənəvi dəstəyini əskik etməyən qardaş dövlət Türkiyə olmuşdu. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, Türkiyə Azərbaycanın yanındadır. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Bu dosluq illərə dayanan,hər çətinlikdən çıxmış , sınanmış bir dostluqdur. Bunun nəticəsidir ki,bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidi. Cəbrayılda təməlinin qoyulduğu “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir.
           
İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir .” Dost Aqropark”ın açılışı buna əyani sübutdur. Bununla yanaşı gələcəkdə həyata keçiriləcək bir çox layihələr hazırlanıb.Bu layihələrdə məqsəd işğaldan azad olunmuş əraziləri müasir bir görünüşə gətirmək,həmçinin bu şəhərləri hər şeylə təmin etməkdir. İnşaat, yol çəkilişi , eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Əlbətdə ki,Azərbaycanın bir dövlət kimi edəcəkləri daha çoxdur.Ermənistan dövlətinin illərlədir bizə vurduğu zərəri bir o qədər də tez aradan qaldırmaq mümkün deyil.
               
Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib, 30 ildir verilməyən haqqını geri alıb. Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev söylədiyi kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir.



Ceyhun Hüseynov,
Masallı RMX, İƏ şöbəsi  



“Yeni həyat” qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад