• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat verib

    Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat verib


    Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
           
    44 günlük müharibə başlayandan ta günümüzə qədər daim yanımızda olan həm maddi,həm mənəvi dəstəyini əskik etməyən qardaş dövlət Türkiyə olmuşdu. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, Türkiyə Azərbaycanın yanındadır. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Bu dosluq illərə dayanan,hər çətinlikdən çıxmış , sınanmış bir dostluqdur. Bunun nəticəsidir ki,bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidi. Cəbrayılda təməlinin qoyulduğu “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi də həmrəyliyimizin rəmzidir.
               
    İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir .” Dost Aqropark”ın açılışı buna əyani sübutdur. Bununla yanaşı gələcəkdə həyata keçiriləcək bir çox layihələr hazırlanıb.Bu layihələrdə məqsəd işğaldan azad olunmuş əraziləri müasir bir görünüşə gətirmək,həmçinin bu şəhərləri hər şeylə təmin etməkdir. İnşaat, yol çəkilişi , eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Əlbətdə ki,Azərbaycanın bir dövlət kimi edəcəkləri daha çoxdur.Ermənistan dövlətinin illərlədir bizə vurduğu zərəri bir o qədər də tez aradan qaldırmaq mümkün deyil.
                   
    Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib, 30 ildir verilməyən haqqını geri alıb. Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev söylədiyi kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir.



    Ceyhun Hüseynov,
    Masallı RMX, İƏ şöbəsi  



    “Yeni həyat” qəzeti,
     www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    2. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    3. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    4. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    5. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    6. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    7. 10:00 Peşəkar ordumuz
    8. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    9. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    10. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    11. 19:02 Ələşrəf Niftiyev 80
    12. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    14. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    15. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    16. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    17. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    18. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    19. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    20. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    21. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    22. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    23. 23:30 Tarixi qələbəyə aparan yol
    24. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    25. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    26. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    27. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    28. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    29. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    31. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    32. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    33. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    34. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    35. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    37. 11:31 Masallıda Qurban bayramı - 2025
    38. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    39. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    40. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ