Главная > Maraqlı > “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş
“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş2-11-2022, 23:12. Разместил: admin44 |
Masallı Rayon İcra Hakmiyyəti və Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər. Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələr törətdiyini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb. O, rayonda vaxtaşırı olaraq aidiyyatı təşkilatlarla birgə ərazilərdə, təhsil müəssisələrində bu mövzuda maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib. A.Qafarova əlavə edib ki, erkən nikahlar barədə məlumatların operativ araşdırılması və bu kimi neqativ halların baş verməməsi üçün hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər həyata keçirilir. Gənclərin, xüsusilə qızların təhsilə cəlb olunmasının əhəmiyyətliyini vurğulayan natiq 2021-2022-ci tədris ilində rayon üzrə 308 nəfər qızın (525 oğlan) ali məktəblərə sənəd verdiyini, ali təhsil müəssisələrinə qəbul olan 272 qızdan 52 nəfərinin (44 oğlan) 500-700 bal topladığını diqqətə çatdırıb. Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov təhsil sahəsində aparılan islahatlar çərçivəsində rayonda məktəblilərin, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili yönümündə həyata keçirilən tədbirlərdən bəhs edib. Tədbirdə maarifləndirici videoçarx nümayiş olunub, məktəblilərin sualları cavablandırılıb. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |