• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş

    “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş


    Masallı Rayon İcra Hakmiyyəti və Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhid Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.

    Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib. Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.

    Diqqətə çatdırılıb ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələr törətdiyini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb. O, rayonda vaxtaşırı olaraq aidiyyatı təşkilatlarla birgə ərazilərdə, təhsil müəssisələrində bu mövzuda maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib. A.Qafarova əlavə edib ki, erkən nikahlar barədə məlumatların operativ araşdırılması və bu kimi neqativ halların baş verməməsi üçün hüquq-mühafizə orqanları ilə birgə ciddi tədbirlər həyata keçirilir.

    Gənclərin, xüsusilə qızların təhsilə cəlb olunmasının əhəmiyyətliyini vurğulayan natiq 2021-2022-ci tədris ilində rayon üzrə 308 nəfər qızın (525 oğlan) ali məktəblərə sənəd verdiyini, ali təhsil müəssisələrinə qəbul olan 272 qızdan 52 nəfərinin (44 oğlan) 500-700 bal topladığını diqqətə çatdırıb.  

    Masallı Təhsil Sektorunun müdiri Qoşqar Hətəmov təhsil sahəsində aparılan islahatlar çərçivəsində rayonda məktəblilərin, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili yönümündə həyata keçirilən tədbirlərdən bəhs edib.
    Tədbirdə maarifləndirici videoçarx nümayiş olunub, məktəblilərin sualları cavablandırılıb.





    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    2. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    3. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    4. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    5. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    6. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    7. 23:30 22 iyul Milli Mətbuat günü
    8. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    9. 23:00 22 iyul Milli Mətbuat Günü 
    10. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    11. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    12. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    13. 11:06 Azərbaycan mətbuatı – 150
    14. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    15. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    16. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    17. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    18. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    19. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    21. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    22. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    23. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    24. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    25. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    26. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    27. 16:08 Masallıda taxıl biçini başa çatdı
    28. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    29. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    30. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    31. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    32. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    33. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    34. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    35. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    36. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    37. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    38. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    39. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    40. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ