Главная > Maraqlı > 44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər belə fərari olmamışdır!
44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər belə fərari olmamışdır!5-11-2022, 08:06. Разместил: admin44 |
Vətəni sevmək, onu qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur. Bu gün bütün dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahididir. Əsgərlərimiz sentyabrın 27-dən başlayan döyüşlərdə nümayiş etdirdiyi igidlik sayəsində torpaqlarımız azad edilib. Məhz Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancıb, xalqımıza tarixi qələbə sevinci bəxş edib. Bu döyüşlərdə qazanılan uğurlar kiçik bir dövrün uğurları kimi dəyərləndirilməməlidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, ordu sahəsində də böyük dəyişikliklərin başlanğıcı qoyuldu. Ölkəmizdə nizami ordu quruculuğu istiqamətində əməli addımlar atıldı. Ali Baş Komandamız cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənin mövqelərini darmadağın edərək, addım – addım irəliləyən ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə nail oldu. Silahlı Qüvvələrin döyüş hazırlığı yüksək səviyyəyə çatdırıldı, Ordumuz müasir hərbi texnika ilə təchiz edildi. Bununla yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusu hazırlandı. Ən önəmli addımlardan biri isə Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasıdır. Bu gün döyüş meydanında düşməni darmadağın edən, güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusunu formalaşdırdı. Peşəkar Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır ki, bu da birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir. 2016-cı ilin aprelində olduğu kimi, vətən müharibəsində də dünyanı qazanılan qələbə qədər ordu ilə xalqın möhtəşəm birliyi də heyrətləndirdi. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan əsgərinin qüdrəti həm istifadəsində olan müasir silahlarla, həm əsgərlərin bu silahların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəməsiylə, həm də Vətən sevgisiylə bağlıdı. Yəni, Azərbaycan əsgərinin düşmənə tuşlanan silahlarından biri də Vətən sevgisidir və bu sevginin qüdrətinə zaval yoxdu. 44 gün davam edən döyüşlər də Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpa etmək əzmində və qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Düşmənin illərdin qurduğu müdafiə səddini darmadağın edən Ordumuz torpaqlarımızı işğalçılardan təmizləyib və xalqımızın ədalətli mübarizəsini davam etdirdi. Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar. Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq. Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu. Şəfəqqətov Bahaddin, YAP Masallı rayon təşkilatı üzrə Masallı Peşə Məktəbi Ərazi partiya təşkilatının sədri “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |