• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər belə fərari olmamışdır!

    44 günlük müharibədə Azərbaycan ordusunda bir nəfər belə fərari olmamışdır!


    Vətəni sevmək, onu qorumaq həm vətəndaşlıq, həm də əsgəri borcumuzdur. Bu gün bütün dünya Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin şahididir. Əsgərlərimiz sentyabrın 27-dən başlayan döyüşlərdə nümayiş etdirdiyi igidlik sayəsində torpaqlarımız azad edilib. Məhz Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancıb, xalqımıza tarixi qələbə sevinci bəxş edib.
         
    Bu döyüşlərdə qazanılan uğurlar kiçik bir dövrün uğurları kimi dəyərləndirilməməlidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, ordu sahəsində də böyük dəyişikliklərin başlanğıcı qoyuldu. Ölkəmizdə nizami ordu quruculuğu istiqamətində əməli addımlar atıldı.  Ali  Baş  Komandamız  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  düşmənin  mövqelərini  darmadağın  edərək,  addım – addım  irəliləyən  ordumuz   30  ilə  yaxın  işğal  altında  olan  torpaqlarımızı   düşmən  tapdağından  azad  etməyə  nail  oldu.
         
    Silahlı Qüvvələrin döyüş hazırlığı yüksək səviyyəyə çatdırıldı, Ordumuz müasir hərbi texnika ilə təchiz edildi. Bununla yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusu hazırlandı. Ən önəmli addımlardan biri isə Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasıdır. Bu gün döyüş meydanında düşməni darmadağın edən, güclü, qüdrətli, məğlubedilməz Azərbaycan Ordusunu formalaşdırdı. Peşəkar Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır ki, bu da birbaşa Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir.
         
    2016-cı ilin aprelində olduğu kimi,  vətən müharibəsində də dünyanı qazanılan qələbə qədər ordu ilə xalqın möhtəşəm birliyi də heyrətləndirdi. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan əsgərinin qüdrəti həm istifadəsində olan müasir silahlarla, həm əsgərlərin bu silahların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəməsiylə, həm də Vətən sevgisiylə bağlıdı. Yəni, Azərbaycan əsgərinin düşmənə tuşlanan silahlarından biri də Vətən sevgisidir və bu sevginin qüdrətinə zaval yoxdu.
         
    44 gün davam edən döyüşlər də Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpa etmək əzmində və qüdrətində olduğunu bir daha nümayiş etdirdi. Düşmənin illərdin qurduğu müdafiə səddini darmadağın edən Ordumuz  torpaqlarımızı işğalçılardan təmizləyib və xalqımızın ədalətli mübarizəsini davam etdirdi.
         
    Döyüşlərdə yüksək fədakarlıq göstərən Ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edir, döyüş meydanında Azərbaycan əsgəri adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyırlar.
       
    Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq.
       
    Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu.

     

    Şəfəqqətov  Bahaddin,
    YAP  Masallı  rayon  təşkilatı  üzrə  Masallı  Peşə  Məktəbi  Ərazi  partiya  
    təşkilatının   sədri   



     “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az                 
        шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ