Главная > Maraqlı > 9 Noyabr- Azərbaycan Respublikasinin Dövlət Bayraq Günüdür
9 Noyabr- Azərbaycan Respublikasinin Dövlət Bayraq Günüdür7-11-2022, 14:48. Разместил: admin44 |
Doğma Azərbaycanımızın təqvimində qırmızı rəqəmlə qeyd olunmuş günlərdən biri də 9 Noyabr günüdür.Bu gün tariximizə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi daxil olmuşdur.Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Torpaq -Vətən deməkdir, Vətən-dövlətdir, dövlətin rəmzi isə - bayraqdır. Hər bir dövlətin və xalqın kimliyini,düşüncə tərzini,mənəvi dünyasını,suverenliyini göstərən onun bayrağıdır.Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə,milli-mənəvi dəyərlərə ,ümumibəşəri ideyalara sadiqliyinin göstəricisidir. Müqəddəs Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9- da Bakıda , Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az oldu, cəmi 23 ay yaşadı. Sovet hakimiyyəti illərində xalq üçrəngli bayrağından məhrum edilsə də,ona olan sevgini ürəyində yaşatdı.Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi.Xalq üçrəngli bayrağımızın yenidən dalğalanacağına əmin idi.Bəli,xalqın arzuları öz təsdiqini tapdı. Bütün çətinliklərə baxmayaraq, Dövlət bayrağımız 1990- cı il noyabr ayının 17- də Naxçıvanda Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yenidən yüksəklərə qaldırıldı. 1991-ci il fevral ayının 5- də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Beləliklə, müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş mavi,qırmızı,yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir.Mavi rəng- türk soyumuzu,qırmızı rəng -müasirliyimizi,yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncami ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bu gün başımızın üstündə üçrəngli bayrağımız dalğalanırsa , dəmək ki, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Sentyabr ayının 27- dən başlayaraq dövlətmizin gücünü , xalqımızın milli birliyini , həmrəyliyini nümayiş etdirən üçrəngli bayrağım bu gün ən yüksək zirvələrdə,ən müqəddəs yerlərdə dalğalanır.Bəli,ən müqəddəs yerlərdə-doğma Dağlıq Qarabağımızda, Şuşamızda, Laçınımzda, Kəlbəcərimizdə, Qubadlımızda. Üçrəngli Bayrağım mənim qələbə sevincimdir, Vətənimin zəfər günündə göylərə yüksələn qürur duyduğum nişanədir. Şairin dediyi kimi:"Bayraq mənliyimdir,bayraq kimliyim.Bayaq-öz yurduma öz hakimliyim". Həşimova Aygül, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 sayli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |