• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 9 Noyabr- Azərbaycan Respublikasinin Dövlət Bayraq Günüdür

    9 Noyabr- Azərbaycan Respublikasinin Dövlət Bayraq Günüdür


    Doğma Azərbaycanımızın təqvimində qırmızı rəqəmlə qeyd olunmuş günlərdən biri də 9 Noyabr günüdür.Bu gün tariximizə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi daxil olmuşdur.Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir.
         
    Torpaq -Vətən deməkdir, Vətən-dövlətdir, dövlətin rəmzi isə - bayraqdır. Hər bir dövlətin və xalqın kimliyini,düşüncə tərzini,mənəvi dünyasını,suverenliyini  göstərən onun bayrağıdır.Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür.
                 
    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə,milli-mənəvi dəyərlərə ,ümumibəşəri ideyalara sadiqliyinin göstəricisidir. Müqəddəs Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9- da Bakıda , Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az oldu, cəmi 23 ay yaşadı. Sovet hakimiyyəti illərində xalq üçrəngli bayrağından məhrum edilsə də,ona olan sevgini ürəyində yaşatdı.Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi.Xalq üçrəngli bayrağımızın yenidən dalğalanacağına  əmin idi.Bəli,xalqın arzuları öz təsdiqini tapdı. Bütün çətinliklərə baxmayaraq, Dövlət bayrağımız 1990- cı  il noyabr ayının 17- də  Naxçıvanda Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək  yenidən yüksəklərə qaldırıldı.

    1991-ci il fevral ayının 5- də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu  qəbul etdi. Bu konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Beləliklə, müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş mavi,qırmızı,yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir.Mavi rəng- türk soyumuzu,qırmızı rəng -müasirliyimizi,yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir.
                 
    Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncami ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.Bu gün başımızın üstündə üçrəngli bayrağımız dalğalanırsa , dəmək ki, xalqım azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Sentyabr ayının 27- dən başlayaraq dövlətmizin gücünü , xalqımızın milli birliyini , həmrəyliyini nümayiş etdirən üçrəngli bayrağım bu gün ən yüksək zirvələrdə,ən müqəddəs yerlərdə dalğalanır.Bəli,ən müqəddəs yerlərdə-doğma Dağlıq Qarabağımızda, Şuşamızda, Laçınımzda, Kəlbəcərimizdə, Qubadlımızda.

    Üçrəngli Bayrağım mənim qələbə sevincimdir, Vətənimin zəfər günündə göylərə yüksələn qürur duyduğum nişanədir.
                     
    Şairin dediyi kimi:"Bayraq mənliyimdir,bayraq kimliyim.Bayaq-öz yurduma öz hakimliyim".



    Həşimova Aygül,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 sayli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



    "Yeni həyat" qəzeti,
     www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:31 Masallıda Qurban bayramı - 2025
    2. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    3. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    4. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    5. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    7. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    8. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    9. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    10. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    11. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    12. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    13. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    14. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    15. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    16. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    17. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    18. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    19. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    20. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    21. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    22. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    23. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    24. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    25. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    26. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    28. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    29. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    30. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    31. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    32. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    33. 07:45 Bir ağacda beş cür meyvə...
    34. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    35. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    36. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    37. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    38. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    39. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    40. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ