Главная > Maraqlı > Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı ilə əlaqədar
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı ilə əlaqədar12-11-2022, 18:45. Разместил: admin44 |
Yaxın günlərdə ölkəmizdə xüsusi bir günün Zəfər Gününün sevincini yaşadıq. 8 Noyabr Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.Tədbirdə çıxış edən İlham Əliyev əvvəlcə hərbçilər olmaqla ,hamını bu gün münasibətilə təbrik etmişdir .Daha sonra vətən uğrunda şəhid olan bütün oğullarımızı bir dəqiqəlik sükutla yad etmişdir.Çıxışında prezident bir çox məsələyə toxunmuşdur.Şuşasız bizim qələbəmizin natamam olacağını qeyd edən dövlət başçısı Şuşa uğrunda gedən döyüşlərdə bu alınmaz qalanın qəhrəman oğullarımız tərəfindən yüngül silahlarla , ölümün gözünə dik baxaraq necə azad olunduğundan bəhs etmişdir.Şuşa bizim üçün çox önəmli idi.Təkcə ona görə yox ki,Şuşa Qarabağın tacıdır.Həmçinin Şuşa hər bir azərbaycanlı üçün müqəddəs yerdir.Müharibə zamanı da müharibənin son nöqtəsi,son məqsədi Şuşanın azadlığı idi...Qələbədən sonra Şuşaya çəkilən "Zəfər yolu" ilə irəliləyərkən hər birimiz qəhrəman əsgərlərimizin bu yerlərin hər addımında qanı var -deyə düşünürük.Şuşaya gedən yol 27 sentyabr tarixində başlamış və 44 gün davam etmişdir.44 gün ərzində biz bir gün də olmazdı ki,geri addım ataq.Müharibənin ilk günündən əsgərlərimizin göstərdiyi şücaət bu müharibədə tarixi vəzifəmizi yerinə yetirəcəyimizdən xəbər verirdi. Bu gün bizim iqtisadiyyatımız da möhkəmdir.Müharibədən çıxmış ölkə olmasına baxmayaraq azad edilmiş torpaqlarda geniş quruculuq ,bərpa işləri gedir.Bütün bu işləri biz öz qüdrətimizə, hesabımıza,maddi gücümüzə edirik,heç kimdən heç bir yardım almamışıq.Biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik.Bu bizim qələbəmizə ,müharibəni uğurla başa vurmağımıza səbəb oldu. Bilirik ki,Ermənistan lobbisi,onların mediası beynəlxalq aləmdə belə bir fikir yaratmışdı ki,Azərbaycan təcavüzkar ölkədir.Biz haqlı olduğumuzu bütün dünyaya sübut etməli idik.Bu baxımdan biz çox önəmli addımlar atdıq və artıq aparıcı təşkilatlar bizi ,yəni haqqı,ədaləti dəstəkləyən qətnamələr vermişlər. Biz gənc nəsli vətənpərvər ruhda tərbiyə etdik."Bu prezident kimi mənim əsas məqsədim olub" deyərək prezident buna həqiqətən də nail olmuşdur..Azərbaycan xalqı həm dar gündə,həm də yaxşı gündə bir - biriinin yanında olan böyük bir ailədir.Bilirik ki,Azərbaycanda müxtəlif xalqlar yaşayır.Çətin günlərdə onlar da bizimlə bir oldular.Bu birlik ,milli həmrəylik Qarabağ müharibəsi zamanı ölkəmizi daha da gücləndirdi və bu damğanı üstümüzdən təmizlədik.İndi üzümüz ağ ,alnımız açıq yaşayırıq və bunun üçün hərbçilərimizə,canından keçən hər bir şəhidimizə borcluyuq.Qələbəyə gedən yol müxtəlif olur.Güclü silahlı qüvvələrin olması ilə yanaşı,daxili sabitlik,əmin- amanlıq,sakitlik, təhlükəsizlik bizi gücləndirirdi.Bir çox ölkələr daxili problemlərdən əziyyət çəkir,böhran yaşayır.Amma biz milli həmrəylik nümayiş etdiririk.Biz həmişə sülhün tərəfdarı olmuşuq,mübaribənin deyil.Biz öz torpağımızda vuruşmuşuq.İndi biz söz sahibiyik .Müharibə bitsə də bəzi problemləri yenidən yaratmağa çalışanlar var. Amma biz yenə də birliyimiz sayəsində bütün problemlərin öhtəsindən gələcəyik.Bizim bu " Zəfər yolu" ndakı hər addımımız dünyaya səs saldı,bundan sonra da bu belə olacaq. Aytən Cəfərov, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |