• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı ilə əlaqədar

    Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı ilə əlaqədar


     Yaxın günlərdə ölkəmizdə xüsusi bir günün  Zəfər Gününün sevincini yaşadıq. 8 Noyabr Zəfər günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.Tədbirdə çıxış edən İlham Əliyev əvvəlcə hərbçilər olmaqla ,hamını bu gün münasibətilə təbrik etmişdir .Daha sonra vətən uğrunda şəhid olan bütün oğullarımızı bir dəqiqəlik sükutla yad etmişdir.Çıxışında prezident bir çox məsələyə toxunmuşdur.Şuşasız bizim qələbəmizin natamam olacağını qeyd edən dövlət başçısı Şuşa uğrunda gedən döyüşlərdə  bu alınmaz qalanın qəhrəman oğullarımız tərəfindən yüngül silahlarla , ölümün gözünə dik baxaraq necə azad olunduğundan bəhs etmişdir.Şuşa bizim üçün çox önəmli idi.Təkcə ona görə yox ki,Şuşa Qarabağın tacıdır.Həmçinin Şuşa hər bir azərbaycanlı üçün müqəddəs yerdir.Müharibə zamanı da müharibənin son nöqtəsi,son məqsədi Şuşanın azadlığı idi...Qələbədən sonra Şuşaya çəkilən "Zəfər yolu" ilə irəliləyərkən hər birimiz qəhrəman əsgərlərimizin bu yerlərin hər addımında  qanı var -deyə düşünürük.Şuşaya gedən yol 27 sentyabr tarixində başlamış və 44 gün davam etmişdir.44 gün ərzində biz bir gün də olmazdı ki,geri addım  ataq.Müharibənin ilk günündən əsgərlərimizin  göstərdiyi şücaət bu müharibədə tarixi vəzifəmizi yerinə yetirəcəyimizdən xəbər verirdi.

     Bu gün bizim iqtisadiyyatımız da möhkəmdir.Müharibədən çıxmış ölkə olmasına baxmayaraq  azad edilmiş torpaqlarda geniş quruculuq ,bərpa işləri gedir.Bütün bu işləri biz  öz qüdrətimizə, hesabımıza,maddi gücümüzə edirik,heç kimdən heç bir yardım almamışıq.Biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik.Bu bizim qələbəmizə ,müharibəni uğurla başa vurmağımıza səbəb oldu.

    Bilirik ki,Ermənistan lobbisi,onların mediası beynəlxalq aləmdə belə bir fikir yaratmışdı ki,Azərbaycan təcavüzkar ölkədir.Biz haqlı olduğumuzu bütün dünyaya sübut etməli idik.Bu baxımdan biz çox önəmli addımlar atdıq  və artıq aparıcı təşkilatlar bizi ,yəni haqqı,ədaləti dəstəkləyən qətnamələr vermişlər.

    Biz gənc nəsli vətənpərvər ruhda tərbiyə etdik."Bu prezident kimi mənim əsas məqsədim olub" deyərək prezident  buna həqiqətən də nail olmuşdur..Azərbaycan xalqı həm dar gündə,həm də yaxşı gündə bir - biriinin yanında olan böyük bir ailədir.Bilirik ki,Azərbaycanda müxtəlif xalqlar yaşayır.Çətin günlərdə onlar da bizimlə bir oldular.Bu birlik ,milli həmrəylik Qarabağ müharibəsi zamanı ölkəmizi daha da gücləndirdi və bu damğanı üstümüzdən təmizlədik.İndi üzümüz ağ ,alnımız açıq yaşayırıq və  bunun üçün hərbçilərimizə,canından keçən hər bir şəhidimizə borcluyuq.Qələbəyə gedən yol müxtəlif olur.Güclü silahlı qüvvələrin olması ilə yanaşı,daxili sabitlik,əmin- amanlıq,sakitlik, təhlükəsizlik bizi gücləndirirdi.Bir çox ölkələr  daxili problemlərdən əziyyət çəkir,böhran yaşayır.Amma biz milli həmrəylik nümayiş etdiririk.Biz həmişə sülhün tərəfdarı olmuşuq,mübaribənin deyil.Biz öz torpağımızda vuruşmuşuq.İndi biz söz sahibiyik .Müharibə bitsə də bəzi problemləri yenidən yaratmağa çalışanlar var.

    Amma biz yenə də birliyimiz sayəsində bütün problemlərin öhtəsindən gələcəyik.Bizim bu " Zəfər yolu" ndakı hər addımımız dünyaya  səs saldı,bundan sonra da bu belə olacaq. 

     
    Aytən  Cəfərov,
    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 



    "Yeni həyat"  qəzeti,
    www.yeniheyet.az
     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ