• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezident İlham Əliyevin Zəfər günü münasibətilə Şuşada şəhərində olmuşdur

    Prezident İlham Əliyevin Zəfər günü münasibətilə Şuşada şəhərində olmuşdur

                 
    8 noyabr Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev,birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
               
    Prezident İlham Əliyev hərbiçilər qarşısında çıxış etmiş,hərbiçiləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etmişdir. Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildik onlara Allahdan rəhmət diləmişdir.
             
     Prezident İlham Əliyev çıxışında alınmaz qala sayılan Şuşanı iki il əvvəl Azərbaycan Silahlı qüvvələri erməni işğalından azad edərək şanlı tarix yazdığını qeyd etdi. Şuşa Azərbaycan xalqının ürəyidir,hər bir Azərbaycanlı üçün müqəddəs yerdir.Prezident İlham Əliyev əmin idi ki,Azərbaycan xalqı müharibənin son məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu anlamışdı.
                 
    Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Zəfər yolu” adlandırılan yol cəmi iki ildir çəkilib. Amma qəhrəman övladlarımız dağlardan,meşələrdən,dərələrdən bu uzun məsafəni qət edərək,qanlı döyüşlərdə düşməni məğlub edərək torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb. Bizi qələbəyə aparan Vətən sevgisi, hərbiçilərimizin peşəkarlığı idi.Hərbiçilərimiz “öldü var,döndü yoxdur” şüarı ilə döyüşə gedirdilər,bir nəfər də olsun fərari olmamışdır.Bu da bizim xalqımızın qəhrəmanlığıdır.Prezident qələbəyə gedən yolun keşməkeşli və çətin olduğunu qeyd etmişdir.Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi olaraq sarsıtmışdı. Məğlubiyyətin səbəbləri də bəlli idi. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişlər,hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana təslim etmişlər.Ona görə də Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi.Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməzdi.Prezident qeyd etdi ki, işğal dövründə Ermənistanın rəsmi təbliğatı və onların havadarlarının media resursları  Azərbaycan xalqına bildirməyə çalışırdı ki ,Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz.

    Bu münaqişənin hərbi yolu yoxdur.Yəni,birincisi bizi inandırmağa çalışırdılar.İkincisi isə bizi məsələni hərbi yolla həll  etməkdən çəkindirməyə çalışdırırdılar.Təbii ki,bizdə çalışırdıq məsələ sülh yolu ilə həll olunsun.Amma danışıqlar taktikası məslənin dondurulmasına aparırdı ki,bununla da heçvaxt razı ola bilməzdik.
                 
    Nəhayət,Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.Prezident İlham Əliyev qeyd etdi ki,müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir.İlk növbədə biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik.Bunun üçün də güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik.İqtisadiyyatımız gücləndi,biz öz hesabımıza yaşayırıq,heç kimin yardımına ehtiyacımız yoxdur,heç kimdən asılı deyilik,özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq.Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq,müharibəni uğurla başa vura bilməzdik.Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır.Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir.
               
     Prezident onu da qeyd etdi ki,gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq.Gənclərimiz vətənpərvərdir,Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi.Eyni zamanda Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.Bu bizim böyük dəyərimizdir.İkinci Qarabağ müharibəsi milli həmrəyliyi,milli birliyi daha da gücləndirdi.Biz indi başımız dik tutub istənilən tədbirdə sözümüzü deyirik.Üzümüz ağ,alnımız açıq,müzəffər xalq kimi yaşayırıq.Buna görə sizə və sizin kimi on minlərlə hərbiçiyə borcluyuq.Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir.

    Prezident onu da qeyd etdi ki,İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır.Onlar bilməlidirlər ki,odla oynamaq onlara baha başa gələcək.Əgər orada kimsə-istər iqtidar,istər müxalifət,istərsə də xaricdən göndərilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə,o,bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi.Qarabağ bizim torpağımızdır.Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri iki ildir ki,yerinə yetiririk,Ermənistan edirmi?Yox.Əgər Ermənistan bu öhdəliklərini yerinə yetirməsə,Azərbaycan lazımi addımları atacaq.Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə,birincisi 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir.Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır.Əks halda qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.
                   
    Biz sülh istəyirik,müharibə istəmirik.Sülh amma ədalətli sülh.İrəli sürdüyümüz şərtlər ədalətlidir,beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.Əgər Ermənistan xoş niyyət göstərsə,bu imzalanacaq,göstərməsə imzalanmayacaq.Ondan sonra nə olacaq onu həyat göstərər.
                   
    Sonda Prezident qeyd etdi ki, bu qələbə ilə biz təkcə ərazi bütövlüyüyümüzü yox,milli qürurumuzu bərpa etdik.Buna görə əziz hərbiçilər sizə borcluyuq,sizin kimi onminlərlə əsgər,zabitə borcluyuq və Azərbaycan xalqı bunu yaxşı bilir.Məndə Ali Baş Komandan kimi sizinlə fəxr edirəm.Yaşasin Qarabağ!Yaşasın Azərbaycan!



    Aidə  Şıxəliyeva,
    Masallı rayon Mollaoba kənd



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ