• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Zəfər Gününə həsr olunmuş ehsan süfrəsi

    Masallıda Zəfər Gününə həsr olunmuş ehsan süfrəsi


    8 noyabr-Zəfər günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin Deputatı Məşhur Məmmədovun təşəbbüsü və dəstəyi ilə ehsan süfrəsi açılmışdır.

    07 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhərin «İlqar Palase» sarayında ehsan süfrəsi təşkil edilmişdir.
     
     Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak etmişlər.
               
    Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
               
    Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov ehsan süfrəsi tədbirində «Fatihə» surəsini oxumuşdur.
               
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulamışdır.
               
    Ehsan süfrəsinin rəsmi hissəsində Araz Əhmədov nitqini, — Zəfərin mübarək, Azərbaycan! Yaşasın Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev! Qəhrəman şəhidlərimizə eşq olsun! — deyə yekunlaşdırmışdır.
               
    Tədbirdə Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı və Məşhur Məmmədov, digər iştirakçılar çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmış, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, vətənpərvər, igid oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanmasının hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğunu söyləmişlər.
               
    Şəhid ailələri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər.

    Ehsan süfrəsi tədbirində məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmişdir.








    "Yeni həyat"qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:33 Nurlu insan
    2. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    3. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    5. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    6. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    7. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    8. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    9. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    10. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    11. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    12. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    13. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    14. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    16. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    17. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    18. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    19. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    20. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    21. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    22. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    23. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    24. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    25. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    26. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    27. 23:00 Azərbaycanlıların soyqırımı haqqında fərman
    28. 23:30 Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
    29. 09:54 Xankəndi şəhərində-Novruz bayram
    30. 09:10 ALLAH RƏHMƏT ELƏSİN
    31. 23:00 Novruz bayramı- bizim milli bayramımızdır.
    32. 21:02 Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    33. 17:59 Rayonun Göyəçöl ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    34. 17:52 Masallının Mahmudavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 17:51 Masallının Rudəkənar kəndində rayon rəhbərinin 13 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    36. 15:02 İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi
    37. 14:33 Çağırışların fürsətə çevirilməsi mövzusunda keçirilən XII Qlobal BakıForumu
    38. 03:29 Masallıda ənənəvi iftar süfrəsi 
    39. 23:30 Suverenliyimiz və ərazi bütövlüyümüz
    40. 23:30 Azərbaycanın zəfər ruhlu Novruz Bayramı
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ