Главная > Siyasət > Masallıda Zəfər Gününə həsr olunmuş ehsan süfrəsi
Masallıda Zəfər Gününə həsr olunmuş ehsan süfrəsi7-11-2022, 01:03. Разместил: admin44 |
8 noyabr-Zəfər günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Məclisin Deputatı Məşhur Məmmədovun təşəbbüsü və dəstəyi ilə ehsan süfrəsi açılmışdır. 07 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhərin «İlqar Palase» sarayında ehsan süfrəsi təşkil edilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak etmişlər. Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov ehsan süfrəsi tədbirində «Fatihə» surəsini oxumuşdur. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulamışdır. Ehsan süfrəsinin rəsmi hissəsində Araz Əhmədov nitqini, — Zəfərin mübarək, Azərbaycan! Yaşasın Ali Baş Komandan möhtərəm cənab İlham Əliyev! Qəhrəman şəhidlərimizə eşq olsun! — deyə yekunlaşdırmışdır. Tədbirdə Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı və Məşhur Məmmədov, digər iştirakçılar çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmış, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, vətənpərvər, igid oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanmasının hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğunu söyləmişlər. Şəhid ailələri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirmişlər. Ehsan süfrəsi tədbirində məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmişdir. "Yeni həyat"qəzeti, www.yeniheyet.az Вернуться назад |