Главная > Maraqlı > Xeyirxahlıq – insanlığın dəyəri
Xeyirxahlıq – insanlığın dəyəri15-11-2022, 20:09. Разместил: admin44 |
Yaxşılara yaxşı deyək Xeyriyyəçilik ən vacib və dəyərli əməldir. Yardım etmək, xeyir vermək bütün cəmiyyətlərdə dəyər verilən müsbət insani keyfiyyətlərdir. Əsrlər boyu bu dəyərləri imanlı, mədəniyyəti yüksək olan insanlar yaratmışlar. Bu gözəl məşğulluq xalqımızın qədim xeyriyyəçiliyindən xəbər verir. Xeyriyyəçiliyə səbəb dünyada yoxsulluq və zənginliyin yaranmasıdır. Mahmudavarlı Əliabbas Nəsirovun xeyriyyəçilik əməlini fikirləşəndə bir xatirə yada düşdü. Qonşumdakı ağbirçəklərdən biri danışardı ki, ötən əsrdə Böyük Vətən müharibəsi illərində qaynım quş-plov yeyəndə otağa daxil olduq. Doğma əmi qardaşının 5-6 yaşlı, acından xəstələnən balasını süfrəyə dəvət etmədi. İki 7-8 yaşda oğlumu aclıq, səfalətin əlindən ala bilmədim. Böyük Sabir belədə demiş ki, daş qəlbli insanları neylərdin, İlahi. Belə insanların ədaləti, imanı olmadığı kimi ürəyiyumşaqlıqdan, kövrəklikdən də kənardır. Kimin neçə yaşaması onu narahat etməz. Xeyriyyəçilik isə yaxşı insanların əqidə meyarıdır. Sovetlər birliyindən sonra insanlar özlərinə yol aradılar. Yenə Sabir deyib: Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Zaman da çalxalandı, cəmiyyət təbəqəyə bölündü: imkanlılar və yoxsullar. Nə yaxşı ki, yoxsulların vəziyyətini görüb onlara xeyirxahlıq göstərənlər var. Mahmudavarda Kərəm kişinin oğlu Əliabbas Nəsirovun xeyirxahlığı kənddə çoxunun diqqətini cəlb edir. Onun kimi gənc xeyriyyəçi çoxdur kənddə. Əksəriyyəti də xaricdə yaşayır. “Yaxşılara yaxşı deyək” rubrikasında yazdığım oçerklər silsiləsindən növbəti yazımı Əliabbas Nəsirova həsr edirəm. Kərəm kişi ömür-gün yoldaşı Nənəbacı ilə 10 uşaq dünyaya gətirib boya-başa çatdırıblar. Övladlarının dördü oğlandır. Onlardan üçü ali təhsil alıb. Elşad müəllim, qalanları politexniki təhsili seçiblər. Əliabbas təkcə doğulub boya-başa çatdığı kənddə deyil, hazırda yaşadığı Rusiyanın ən böyük və gözəl şəhərlərindən birində - Peterburqda da soydaşları və digər millətlərin arasında xeyirxah əməlləri ilə hörmət-izzət sahibidir. Əliabbas bu mərtəbəyə çatmaq üçün çətin, enişli-yoxuşlu yollar keçib. Dünyada əziyyətsiz, zəhmətsiz nəyəsə nail olmaq çətindir. Bu mənada oxucuları bu xeyriyyəçi eloğmuzun ömür yolu ilə tanış etmək istəyirəm. Əliabbas Kərəm oğlu Nəsirov 21 iyun 1966-cı ildə Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1984-1987-ci illərdə indi sakini olduğu Leninqrad şəhərində hərbi donanmada xidmət edib. Xidməti başa vurub kəndə qayıdıb. Lakin bu gözəl şəhərin mədəni həyatı onu cəlb edir və yenidən bura dönüb. 1987-88-ci illərdə Leninqrad Gəmiqayırma Peşə Məktəbini qırmızı diplomla bitirib. Leninqrad Dövlət Universitetinin Ali Humanitar kursunun axşam şöbəsinə qəbul olub. Təhsilini davam etdirən Əliabbas eyni zamanda Baltika Gəmiqayırma zavodunda çalışır, burada hörmət sahibi olur. 1996-cı ildən biznes fəaliyyətinə başlamağı qərara alır. Artıq 26 ildir ki, Əliabbas bu sahədə bəxtini sınayır. Maddi imkanları artdıqca imkansızları da yaddan çıxarmır. İstər doğma kəndində, istərsə də Sankt-Peterburq şəhərində millətindən asılı olmayaraq yardım əlini heç kimdən əsirgəmir. Xüsusilə bayramlarda belə ailələri sevindirir. Kənd bələdiyyəsinin sədri Əfqan Babayev deyir ki, xüsusilə Novruz bayramı günlərində Əliabbas başqa xeyriyyəçilərlə birləşib imkansız, şəhid ailələrinə, mərizlərə kömək əlini uzadır. Yolların təmirində, işıqlandırılmasında, kənd məscidinin ehtiyaclarının ödənilməsində imkanlarını əsirgəmir. Əliabbas kənddə təhsilin inkişfını da yaddan çıxarmır, hər iki məktəbə diqqət yetirir, şagirdlərə, xüsusilə imkansız ailələrin uşaqlarına yardım edir. Kəndin mərkəzində şəhidlərin xatirəsinə tikilmiş abidənin ərsəyə gəlməsində onun maddi köməyi çoxdur. O, burada Böyük Vətən müharibəsindən qayıtmayan mahmudavarlıların xatirəsinə yaradılmış abidəni də təmir etdirməyi yaddan çıxarmayıb. Əliabbas Nəsirov yaşadığı şəhərdə də xeyriyyəçilik ənənəsini davam etdirir. Burada yaşayan təqaüdçülərə, xəstələrə yardım əlini uzadır. Əliabbas şəhərdə nünuməvi ailə başçısı kimi tanınır. Üç oğlu ali təhsil alıb. Xeyriyyəçiliklə ad qazanan Əliabbas bu yaxınlarda mahmudavarlı şəhidlərə həsr edilmiş kitabın çapına da kömək göstərmişdir. Ulu Tanrı belə insanların imkanlarını daha da çoxaltsın. Uğur olsun! HƏSƏNAĞA "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |