• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Xeyirxahlıq – insanlığın dəyəri

    Xeyirxahlıq – insanlığın dəyəri

     



    Yaxşılara yaxşı deyək

    Xeyriyyəçilik ən vacib və dəyərli əməldir. Yardım etmək, xeyir vermək bütün cəmiyyətlərdə dəyər verilən müsbət insani keyfiyyətlərdir. Əsrlər boyu bu dəyərləri imanlı, mədəniyyəti yüksək olan insanlar yaratmışlar. Bu gözəl məşğulluq xalqımızın qədim xeyriyyəçiliyindən xəbər verir. Xeyriyyəçiliyə səbəb dünyada yoxsulluq və zənginliyin yaranmasıdır.

    Mahmudavarlı Əliabbas Nəsirovun xeyriyyəçilik əməlini fikirləşəndə bir xatirə yada düşdü. Qonşumdakı  ağbirçəklərdən biri danışardı ki, ötən əsrdə Böyük Vətən müharibəsi illərində qaynım quş-plov yeyəndə otağa daxil olduq. Doğma əmi qardaşının 5-6 yaşlı, acından xəstələnən balasını süfrəyə dəvət etmədi. İki 7-8 yaşda oğlumu aclıq, səfalətin əlindən ala bilmədim.

    Böyük Sabir belədə demiş ki, daş qəlbli insanları neylərdin, İlahi. Belə insanların ədaləti, imanı olmadığı kimi ürəyiyumşaqlıqdan, kövrəklikdən də  kənardır. Kimin neçə yaşaması onu narahat etməz. Xeyriyyəçilik isə yaxşı insanların əqidə meyarıdır.

    Sovetlər birliyindən sonra insanlar özlərinə yol aradılar. Yenə Sabir deyib:

    Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

    Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

    Zaman da çalxalandı, cəmiyyət təbəqəyə bölündü: imkanlılar və yoxsullar.

    Nə yaxşı ki, yoxsulların vəziyyətini görüb onlara xeyirxahlıq göstərənlər var.

    Mahmudavarda Kərəm kişinin oğlu Əliabbas Nəsirovun xeyirxahlığı kənddə çoxunun diqqətini cəlb edir. Onun kimi gənc xeyriyyəçi çoxdur kənddə. Əksəriyyəti də xaricdə yaşayır. “Yaxşılara yaxşı deyək” rubrikasında yazdığım oçerklər  silsiləsindən növbəti yazımı Əliabbas Nəsirova həsr edirəm.

    Kərəm kişi ömür-gün yoldaşı Nənəbacı ilə 10 uşaq dünyaya gətirib boya-başa çatdırıblar. Övladlarının dördü oğlandır. Onlardan üçü ali təhsil alıb. Elşad müəllim, qalanları politexniki təhsili seçiblər.

    Əliabbas təkcə doğulub boya-başa çatdığı kənddə deyil, hazırda yaşadığı Rusiyanın ən böyük və gözəl şəhərlərindən birində - Peterburqda da soydaşları və digər millətlərin arasında xeyirxah əməlləri ilə hörmət-izzət sahibidir.

    Əliabbas bu mərtəbəyə çatmaq üçün çətin, enişli-yoxuşlu yollar keçib. Dünyada əziyyətsiz, zəhmətsiz nəyəsə nail olmaq çətindir. Bu mənada oxucuları bu xeyriyyəçi eloğmuzun ömür yolu ilə tanış etmək istəyirəm.

    Əliabbas Kərəm oğlu Nəsirov 21 iyun 1966-cı ildə Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1984-1987-ci illərdə indi sakini olduğu Leninqrad şəhərində hərbi donanmada xidmət edib. Xidməti başa vurub kəndə qayıdıb. Lakin bu gözəl şəhərin mədəni həyatı onu cəlb edir və yenidən bura dönüb. 1987-88-ci illərdə Leninqrad Gəmiqayırma Peşə Məktəbini qırmızı diplomla  bitirib. Leninqrad Dövlət Universitetinin Ali Humanitar kursunun axşam şöbəsinə qəbul olub.

    Təhsilini davam etdirən Əliabbas eyni zamanda Baltika Gəmiqayırma zavodunda çalışır, burada hörmət sahibi olur.

    1996-cı ildən biznes fəaliyyətinə başlamağı qərara alır. Artıq 26 ildir ki, Əliabbas bu sahədə bəxtini sınayır. Maddi imkanları artdıqca imkansızları da yaddan çıxarmır. İstər doğma kəndində, istərsə də Sankt-Peterburq şəhərində millətindən asılı olmayaraq yardım əlini heç kimdən əsirgəmir. Xüsusilə bayramlarda belə ailələri sevindirir.

    Kənd bələdiyyəsinin sədri Əfqan Babayev deyir ki, xüsusilə Novruz bayramı günlərində Əliabbas başqa xeyriyyəçilərlə birləşib imkansız, şəhid ailələrinə, mərizlərə kömək əlini uzadır. Yolların təmirində, işıqlandırılmasında, kənd məscidinin ehtiyaclarının ödənilməsində imkanlarını əsirgəmir.

    Əliabbas kənddə təhsilin inkişfını da yaddan çıxarmır, hər iki məktəbə diqqət yetirir, şagirdlərə, xüsusilə imkansız ailələrin uşaqlarına yardım edir. Kəndin mərkəzində  şəhidlərin xatirəsinə tikilmiş abidənin ərsəyə gəlməsində onun maddi köməyi çoxdur. O, burada Böyük Vətən müharibəsindən qayıtmayan mahmudavarlıların xatirəsinə yaradılmış abidəni də təmir etdirməyi yaddan çıxarmayıb.

    Əliabbas Nəsirov yaşadığı şəhərdə də xeyriyyəçilik ənənəsini davam etdirir. Burada yaşayan təqaüdçülərə, xəstələrə yardım əlini uzadır.

    Əliabbas şəhərdə nünuməvi ailə başçısı kimi tanınır. Üç oğlu ali təhsil alıb.

    Xeyriyyəçiliklə ad qazanan Əliabbas bu yaxınlarda mahmudavarlı şəhidlərə həsr edilmiş kitabın çapına da kömək göstərmişdir. Ulu Tanrı belə insanların imkanlarını daha da çoxaltsın. Uğur olsun!

                                                                               
    HƏSƏNAĞA


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ