Главная > Maraqlı > İran təxribatlarının miqyası genişlənməkdədir
İran təxribatlarının miqyası genişlənməkdədir17-11-2022, 15:14. Разместил: admin44 |
Son günlər ərzində baş verən hadisələr və proseslər Azərbaycan ictimaiyyətində İran haqqında mənfi rəyin formalaşmasını daha yəqin edib. İndi hər bir azərbaycanlı İranı etibarsız qonşu, İslam dəyərlərinə xəyanət edən bir dövlət olaraq qəbul edir. İran aşıq-açığına Azərbaycana qarşı pis davranır, açıq təxribatlar edir, mən deyərdim ki, lap riyakarlıq edir. Ona görə ki, İran məscidlərdə donuz saxlayanları dəstəkləyir. Bütün bunlara səbəb də odur ki, İran etibarsız qonşu olaraq 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, lakin reallıqda təcavüzkar Ermənistana dəstək verməklə, sülhün əldə edilməsini əngəlləyir. İran təkcə Azərbaycanı hədələmir, bizə qarşı riyakarlıq, ikiüzlülük etmir. İran, eyni zamanda, Ərəb ölkələrini də «istintaq»layır, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyn kimi dövlətlərin ərazisində imperialist işğal amalı adı altında öz maraqlarını qorumaq üçün silahlı qarşıdurmalar yaradır. Əlbəttə, Azərbaycan hökuməti İranın bu cür hərbi avantüra və səmərəsiz əzələ nümayişi cəhdlərinin, bütün təhdidlərin qarşısını almağa, lazımi şəkildə cavab verməyə qadir bir ölkədir. Son günlər ərzində Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran agentura şəbəkəsinin ifşa olunması və mətbuatda göstərilməsi bunu bir daha sübut edir. İndiyə kimi Azərbaycanda ifşa olunmuş bəzi dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri tutarlı faktlarla tam sübut olunub. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə, ağızda ölkəmizə dost desə də, faktiki olaraq bu münasibətlərdə düzgün siyasət qurmur. Günaşrı informasiya tədqiqatları aparmaq və murdar təxribatları ilə Azərbaycanın məkanına, onun vətəndaşlarına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək bir daha İranın məkrli niyyətindən xəbər verir. Daha ermənidən nə fərqi oldu bu riyakarlığın? Buna mənsəb qardaşı, dost adı vermək olarmı? Əgər İran dünya müsəlmanlarının yaxşı qonşu olsaydı, Ermənistana qaz boru xətti çəkmək, yanacaq, silah, yardım, narkotik daşımaq, narkotik plantasiyaları yaratmaq, Qarabağda sökdüyü evləri tikinti materialları kimi aparmaq əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edərdi. Daha pis işlərlə məşğul olmazdı. Amma, bu baş vermədi. Görünür İranla da qonşuluğumuzda, dostluğumuzda çox inamlara, inanclara yol vermişik, həddən-ziyadə… İbrahim ŞÜKÜROV, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalı. "Yeni heyet" qəzeti, www.yeniheyet.az Вернуться назад |