• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İran təxribatlarının miqyası genişlənməkdədir

    İran təxribatlarının miqyası genişlənməkdədir

     
    Son günlər ərzində baş verən hadisələr və proseslər Azərbaycan ictimaiyyətində İran haqqında mənfi rəyin formalaşmasını daha yəqin edib. İndi hər bir azərbaycanlı İranı etibarsız qonşu, İslam dəyərlərinə xəyanət edən bir dövlət olaraq qəbul edir. İran aşıq-açığına Azərbaycana qarşı pis davranır, açıq təxribatlar edir, mən deyərdim ki, lap riyakarlıq edir. Ona görə ki, İran məscidlərdə donuz saxlayanları dəstəkləyir. Bütün bunlara səbəb də odur ki, İran etibarsız qonşu olaraq 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, lakin reallıqda təcavüzkar Ermənistana dəstək verməklə, sülhün əldə edilməsini əngəlləyir. İran təkcə Azərbaycanı hədələmir,  bizə qarşı riyakarlıq, ikiüzlülük etmir. İran, eyni zamanda, Ərəb ölkələrini də «istintaq»layır, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyn kimi dövlətlərin ərazisində imperialist işğal amalı adı altında öz maraqlarını qorumaq üçün silahlı qarşıdurmalar yaradır.

    Əlbəttə, Azərbaycan hökuməti İranın bu cür hərbi avantüra və səmərəsiz əzələ nümayişi cəhdlərinin, bütün təhdidlərin qarşısını almağa, lazımi şəkildə cavab verməyə qadir bir ölkədir.  Son günlər ərzində Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran agentura şəbəkəsinin ifşa olunması və mətbuatda göstərilməsi bunu bir daha sübut edir. İndiyə kimi Azərbaycanda ifşa olunmuş bəzi dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri tutarlı faktlarla tam sübut olunub. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə, ağızda ölkəmizə dost desə də, faktiki olaraq bu münasibətlərdə düzgün siyasət qurmur. Günaşrı informasiya tədqiqatları aparmaq və murdar təxribatları ilə Azərbaycanın məkanına, onun vətəndaşlarına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək bir daha İranın məkrli niyyətindən xəbər verir.

    Daha ermənidən nə fərqi oldu bu riyakarlığın? Buna mənsəb qardaşı, dost adı vermək olarmı? Əgər İran dünya müsəlmanlarının yaxşı qonşu olsaydı, Ermənistana qaz boru xətti çəkmək, yanacaq, silah, yardım, narkotik daşımaq, narkotik plantasiyaları yaratmaq, Qarabağda sökdüyü evləri tikinti materialları kimi aparmaq əvəzinə Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb edərdi. Daha pis işlərlə məşğul olmazdı. Amma, bu baş vermədi. Görünür İranla da qonşuluğumuzda, dostluğumuzda çox inamlara, inanclara yol vermişik, həddən-ziyadə…



    İbrahim ŞÜKÜROV,
    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının 
    fəalı.


    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:57 Masallıda bəzi dövlət qulluqçularına treninq keçirilmişdir
    2. 11:34 Şəhid Nurlan Əbilovun 4-cü ili anıldı
    3. 20:41 Masallıda rayon rəhbərinin 18 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    4. 20:39 Masallıda bələdiyyələrin fəaliyyəti barədə müşavirə
    5. 15:56 Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar 
    6. 15:42 Azərbaycan Gürcüstan münasibətləri-ikitərəfli əməkdaşlığımızın inkişafı
    7. 23:30 Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox məhsuldar keçdi
    8. 09:32 Masallıda rayon rəhbəri evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirmişdir
    9. 23:30 Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb
    10. 23:30 Gürcüstanın Prezidentinin səfəri ikitərəfli münasibətlər üçün önəm daşıyır
    11. 16:10 Masallının Ərkivan qəsəbəsində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    12. 16:00 Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    13. 13:13 İnsanlara nur bəxş edən böyük alim
    14. 23:30 Dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır
    15. 18:52 “Müxtəlifliyə qucaq açaq” – Masallıda rəsm və foto sərgisi 
    16. 18:49 Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir
    17. 11:02 Gələcək talehini tibb elminə həsr etməyi qarşısına məqsəd  qoyan Akakdemik
    18. 20:00 Akademik Zərifə Əliyevanın Oftalmologiyada rolu
    19. 21:00 Gözləri və qəlbləri nurlandıran böyük şəxsiyyət
    20. 23:30 Zərifə xanım Əliyevanın Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti
    21. 17:06 Masallıda rayon rəhbərinin 11 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 16:33 Antiterror əməliyyatları Azərbaycanın suverenliyini bərpa etdi
    23. 13:36 Ziyalı işığında...
    24. 13:00 Bir həkim ömrünün unudulmaz səhifələri
    25. 23:30 Türkiyə və İsrailin Azərbaycana yaxın dost ölkələr olması
    26. 18:52 ADA Universitetində Dünya Nizamı Müzakirə Olundu: İlham Əliyev Beynəlxalq Forumda
    27. 13:56 Zərifə Əliyevanın kimsəsiz uşaqlara qayğısı
    28. 11:33 Nurlu insan
    29. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    30. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    33. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    34. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    35. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    36. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    37. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    38. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    39. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    40. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ