Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir

    Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir


    14 aprel 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyətində Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinin iştirakı ilə gözlənilən güclü yağış və daşqınların olma ehtimalı ilə bağlı iclas keçirilmişdir.

    İclasda bildirilmişdir ki, Azərbaycan Respublikası Eklologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində aprelin 15-dən 16-na keçən gecədən başlayaraq yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək güclü olacağı, şimşək çaxacağı və şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var. Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsindən ötrü müvafiq təşkilatlara tapşırıqlar verilmiş və nəzarətdə saxlanılır.
    Bununla əlaqədar olaraq gözlənilən aramsız və intensiv yağışlarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi ehtimalını nəzərə alaraq, baş verə biləcək sel və daşqın sularının əhali üçün fəsad törətmədən axıdılmasını təmin etmək məqsədi ilə Masallı rayonu ərazisində müvafiq təşkilatlar tərəfindən aşağıdakı qabaqlayıcı tədbirlər görülmüşdür.

    Belə ki, hazırda Viləşçay Su Anbarında suyun səviyyəsini tənzimləmək məqsədi ilə Viləş çayı və sağ-sol sahil magistral kanallarla su  39m3/saniyə ilə Xəzər dənizinə ötürülür.

    Rayon ərazisində 37 sututarın hər birinin səviyyəsi 30% həcmində azaldılmış və nəzarətdə saxlanılır. Rayonun Sirəbil, Sərçuvar, Xıl, Viləş, Ərəb, Xırmandalı, Hacıtəpə və digər kəndlərində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xüsusi texnikaları vasitəsilə su axının maneəsiz Xəzər dənizinə axıdılması üçün həmin kəndlərin ərazisindən keçən çay və kanalların məcrası lildən, kol-kosdan təmizlənmiş, Tatyançay üzərində yeni körpünün salınması ilə əlaqədar podratçı şirkət tərəfindən 4 ədəd boru götürülmüş və suyun sərbəst axını təmin edilmişdir. Eyni zamanda Sərçuvar kəndində yeni salınmış körpünün ətraf ərazisində lildən təmizləmə və bərkitmə işləri aparılmışdır.

    Kolatançayın rayonun Çayqıraq kəndinə yarada biləcək sel və daşqın fəsadlarının qarşısını almaq məqsədilə ərazidən keçən hissəsi əvvəlki məcrasına yönəldilərək Bədəlançay ilə birləşdirilmiş və maneəsiz Xəzər dənizinə axıdılması təmin edilmişdir.

    Rayon üzrə müvafiq təşkilatların texnikaları və işçi qüvvəsi vasitəsi ilə qabaqlayıcı tədbirlər hazırda davam etdirilir.










    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ