Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu

    Masallının Ərkivan qəsəbəsində rayon rəhbərinin 16 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu


    16 aprel 2025-ci il tarixdə rayonun Ərkivan qəsəbəsində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov ərazinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açıq elan edərək qəbula gələn vətəndaşları salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.

    Sonra rayon rəhbəri sözü Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.

    Aparatın şöbə müdiri Elvin Fəttayev çıxış edərək ərazidə ötən qəbul zamanı 7 nəfər vətəndaş tərəfindən 8 məsələ qaldırıldığını, məsələlərdən 5-nin müsbət həll olunduğunu, 1 məsələnin nəzarətdə olduğunu və 2 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.
    Sonra şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, aztəminatlı ailələr və kimsəsizlərə məişət, eləcədə işıq, qaz problemlərinin həlli ilə bağlı yardımlar göstərilmiş, Ərkivan qəsəbəsində 2 transformator yenisi ilə əvəz olunmuş, 22 transformator cari təmir olunmuş, 103 ədəd elektrik dirəyi və 500 metr məsafədə elekttik xətti yenisi ilə əvəz olunmuş, ərazidə 1,6 km məsafədə asfalt örtüyü döşənmiş, 10,5 km məsafədə daxili yola çınqıl tökülmüş və 3 km yol qreyderlə hamarlanmışdır. Ümumi uzunluğu 4,7 km olan Ərkivan-Allahyarlı yolunda əsaslı təmir işlərinə başlanılmış, GPON lahiyəsi üzrə “CityNet” MMC şirkəti tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmiş və “Aztelekom” İB tərəfindən isə yeni internet xəttinin çəkilişi davam etdirilir, ərazi üzrə ümumilikdə 2 km məsafədə suaparıcı kanal təmizlənmiş və “Yaşıl dünya naminə həmrəylik ili” və “Konstitusiya və suverenlik ili” çərçivəsində ərazidə ümumilikdə 3000 ədəd ağac əkilmişdir.

    Daha sonra şöbə müdiri qəsəbənin Miyondi, Ramazanlı məhələləri və Allahyarlı kəndinin giriş lövhələrinin təmir olunması, Güləş idman zalının əsaslı təmir olunması, Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin sinif otaqlarının əsaslı təmir olunması, Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində cari təmir işlərinin aparılması, vətəndaşa məxsus yanmış fərdi yaşayış evinin yenidən tikilərək istifadəyə verilməsi, Qızılaküçə və Göllü məhəllələrində xanımlar üçün mərasim evi tikilmiş hazırda təmir işlərinin davam etdirilməsi, Ərkivan-Boradigah yolunda 800 metr və Ərkivan-Qəriblər yolunda 600 metr olmaqla ümumilikdə 1,4 km məsafədə köhnə gecə işıqlandırılma sisteminin yenilənməsi, Pələngküştə məhəlləsində 1,2 km məsafədə gecə işıqlandırılması sisteminin quraşdırılması, Ərkivan-Boradigah yolunda 1,7 km məsafədə bardürün rənglənməsi, Ərkivan qəsəbə uşaq bağçasında Şuşa şəhərindən olan məcburi köçkünün məskunlaşdığı otaqlarda əsaslı təmir işlərinin aparılması, ərazi üzrə imtiyazlı və aztəminatlı ailələrə 38000 manat dəyərində ərzaq yardımı olunması barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşmış, qaldırılan məsələləri qeydiyyata alaraq nəzarətə götürülməsini təmin etmiş və müraciətlərin həlli istiqamətində tapşırıqlarını vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ