Nurlu insan » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Nurlu insan


    “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar” Ulu Öndər Heydər Əliyev
    15 aprel Oftalmologiya elminin ölkəmizdə inkişafında müstəsna xidmətləri olan böyük oftamoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım günüdür. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti təkrarsız bir insan olaraq hər zaman xatırlanır.

    Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan MR-nın Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Əziz Əliyev - Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan, ayrı – ayrı vaxtlarda rektor, nazir, Mərkəzi Komitənin Katibi, Baş Nazirin müavini kimi vəzifələrdə çalışan, həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə seçilən ziyalı olmuşdur. Zərifə xanım belə bir şəxsiyyətin ailəsində boya-başa çatmışdı.Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmoloq peşəsinə yiyələnmək istədiyi üçün Moskva şəhərinə gəlir və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək, həkim-oftalmoloq ixtisasına yiyələnir.

    Azərbaycanda bir sıra göz xəstəliklərinin geniş yayıldığı və traxoma deyilən dəhşətli bəlanın tüğyan etdiyi dövrdə Zərifə xanım “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Onun təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə, respublikada traxoma bir xəstəlik kimi ləğv edilir.
    Sonrakı elmi fəaliyyətində Zərifə xanım “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, apardığı tədqiqatlar “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır. Onun elmi fəaliyyəti o qədər çoxşaxəli ve genişdir ki, zaman-zaman bu barədə danışmaq olar. Ümumilli liderimiz onun alim kimi fəaliyyətini belə səciyyələndirirdi: “Zərifə xanım çox böyük alim olub.

    Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.” Ölkə başçısı cənab İlham Əliyev də anasının həkimlik fəaliyyətindən bəhs edərkən “Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi” – deyə, fikir bildirmişdir.
    Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev çıxışlarının birində: “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub” – deyə, öz hissini ifadə etmişdir.

    İndi Zərifə xanımın ruhu şaddır. Ona görə ki, böyük məhəbbət və məsuliiyətlə boya-başa çatdırdığı oğlu – möhtərəm Prezidentimiz 44 günlük Vətən müharibəsində Azərbaycanın adını dünya tarixinə yazdı. İlk dəfə olaraq qətiyyətli və uzaqgörən, düzgün hədəflənmiş siyasətilə böyük sərkərdə, böyük lider İlham Əliyev torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda çəng elədi, xalq öz sərkərdəsinin yanında ordu oldu və ərazi bütövlüyümüzü təmin elədi.

    Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Zərifə xanımı hörmətlə anırıq, xatirəsi qarşısında böyük ehtiramla baş əyirik!




    Seyfəddin Əliyev,
    YAP Masallı rayon təşkilatının sədri
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:40 Masallıda “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirilib
    2. 12:10 YENİ KİTABLAR         
    3. 10:25 ZƏFƏR GÜNÜMÜZ – QURUR MƏNBƏYİMİZDİR
    4. 09:54 Azərbaycan Prezidentinə yazırlar
    5. 09:33 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix gün
    6. 23:00 Mahmudavar kənd ümumi orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    7. 16:00 YENİ KİTAB SAYCA İYİRMİ BEŞİNCİDİR...                                                                          
    8. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    9. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    10. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    11. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    12. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    13. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    14. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    15. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    16. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    17. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    18. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    19. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    21. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    22. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    23. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    24. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 09:32 Nadir Ağayevin xatirə turnirində
    26. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    27. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    28. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    29. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    30. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    31. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    32. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    33. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    34. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    35. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    37. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    39. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ