Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə

Masallı rayonunda şəhidlər daim ehtiramla yad edilir, şahid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
08 aprel 2025-ci il tarixdə Masallı rayonunun İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin əkiz övladının doğum günü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev, ərazi nümayəndəliyi, bələdiyyə, din xadimləri, media nümayəndələri və şəhidin ailəsi öncə şəhid Məhəmməd Vəliyevin məzarını ziyarət etmiş, şəhidə ehtiramlarını ifadə edərək ruhuna dualar oxumuşlar.
Sonra rayon rəhbəri şəhidin yaşadığı evə gələrək şəhidin yadigarı olan əkiz övladı Həsən və Xədicənin doğum gününü təbrik etmiş, onlara hədiyyələr vermiş, ailənin qayğıları ilə maraqlanmışdır.
Şəhidin ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara dərin minnətdarlıqlarını ifadə etmişlər.









