Главная > Maraqlı > Masallıda "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir
Masallıda "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir8-12-2022, 18:04. Разместил: admin44 |
Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq, "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir keçirilmişdir. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev,Ağsaqqallar Şurasının sədr Ələşrəf Niftiyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev, DQDK Masallı şöbəsinin müdiri Elvin Hüseynli,din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər. İlk çıxışı edən Aybəniz xanım Qafarova xüsusi olaraq qeyd etdi ki , kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai formadır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da ailədən başlayır, yəni böyük toplum olan cəmiyyətin hüceyrəsi kiçik toplumda yetişir, dolayısı ilə güclü millətin təməli qoyulmuş olur. Hər ailənin də içində özünəməxsus qanunları var. Haqlı demişlər ki, normal cəmiyyəti normal ailələrdə tərbiyə olunan uşaqlar formalaşdırır. Düzgün tərbiyə ilə yüklənmiş ailənin uşaqları həyatımıza işıq tutan davranış qaydalarını daha tez öyrənir və ətrafa nümunə ola bilirlər. Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyəti sağlam bir ailə mühitinə sahib olması ilə hesablanıb. Azərbaycan xalqı da var olduğu gündən ailəyə böyük dəyər verib, onu müqəddəs bilib. Çünki milləti ayaqüstə saxlayan və dövləti güclü edən əsas mənəvi dayaqlardan biri fərdlərin və cəmiyyətin əxlaqıdır. Dinimizdə, müqəddəs kitabımızda da ailə dəyərlərinə böyük önəm verilir. Müasir dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsi ortaya çıxıb. Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Bir neçə il öncə Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirib bu modeli elm kimi öyrənməyi düşünürdülər Avropalı mütəxəssislər Azərbaycan ailələrində ana sevgisi və şəfqətinin hünərindən ağızdolusu danışır, azərbaycanlı qadınını ailədəki bu qədər üstün nüfuzuna görə təbrik etmişdilər. Aparılan araşdırmalardan məlum olur ki, bütün ailələrdə münaqişələr ən kiçik söz-söhbətdən başlayıb uzanaraq məhkəmələrə qədər gedib çıxır və gələcəyi düşünmədən insanlar boşanmağa qərar verirlər. Təəssüf ki, bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər arasında birinci yerdə məhz boşanmalar dayanır. Hüquqşünaslar bildirir ki, əvvəllər boşananlar üçün 3 aylıq, bəzən 6 aylıq vaxt tətbiq olunurdu. Bu, ailələrə fikirlərindən daşınmalarına hesablanmışdı, nəticələr də qaneedici idi. Bir çox ailələr barışırdılar: "İndi müraciət edənlər nəinki 3 ay, 6 ay, heç bir gün də vaxt istəmirlər, tezliklə iddialarının təmin olunmasını və boşanma haqqında sənəd tələb edirlər. Sanki həyatları bundan asılıdır. Çox vaxt gadın tərəf məhkəməyə gəlmir, boşanmaya razılıq haqqında notariusda təsdiq olunmuş sənəd göndərir. Ayrılma səbəbləri ilə maraqlananda söylənən iradlar ailə boşanmasına gətirib çıxaran ciddi səbəblər olmur". Daha sonra, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev , Ağsaqqallar Şurasının sədr Ələşrəf Niftiyev çıxış edərək ailə dəyərlərinin müqəddəs olduğunu xüsusi qeyd etdilər. Erkən nikaha cəmiyyət dur deməlidir. Erkən nikahın gələcək fəsadlarından danışan ağsaqqallar boşanmaların əsas səbəbi kimi məhz,erkən nikahların olmasını vurğuladılar. Bu istiqamətə hər bir vətəndaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və maarifləndirici təbliğatlar aparmalıdır. Qızların təhsil almasına şərait yaradıb, onların gələcək həyatını düşünməlidirlər. Bu işdə valideynləriin rolu böyükdür. Lakin, müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Gəlin bir olaq və erkən nikaha yox deyək. DQDK Masallı rayon şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və İMTQ üzvü Rauf Cəbiyev " Ailə Dəyərləri və Erkən Nigah mövzusunda maarifləndirici təbliğat xarakterli çıxışlar etdilər. Daha sonra çıxış edən din xadimləri, ağsaqqallar, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri də erkən nikahın törədə biləcək fəsadlarından söz açdılar. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |