• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir

    Masallıda "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir


    Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq, "Ailə Dəyərləri və Erkən Nigah " mövzusunda təbliğat xarakterli tədbir keçirilmişdir.

    Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev,Ağsaqqallar Şurasının sədr Ələşrəf Niftiyev, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev, DQDK Masallı şöbəsinin müdiri Elvin Hüseynli,din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.

    İlk çıxışı edən Aybəniz xanım Qafarova xüsusi olaraq qeyd etdi ki , kiçik dövlət sayılan ailə insanlar arasında ilkin ictimai formadır, millətin gələcək fərdləri orada böyüyür, ilk sosiallaşma və davranış qaydaları da ailədən başlayır, yəni böyük toplum olan cəmiyyətin hüceyrəsi kiçik toplumda yetişir, dolayısı ilə güclü millətin təməli qoyulmuş olur. Hər ailənin də içində özünəməxsus qanunları var. Haqlı demişlər ki, normal cəmiyyəti normal ailələrdə tərbiyə olunan uşaqlar formalaşdırır. Düzgün tərbiyə ilə yüklənmiş ailənin uşaqları həyatımıza işıq tutan davranış qaydalarını daha tez öyrənir və ətrafa nümunə ola bilirlər.

    Tarixdə əbədi izlər buraxmış böyük millətlərin ən üstün keyfiyyəti sağlam bir ailə mühitinə sahib olması ilə hesablanıb. Azərbaycan xalqı da var olduğu gündən ailəyə böyük dəyər verib, onu müqəddəs bilib. Çünki milləti ayaqüstə saxlayan və dövləti güclü edən əsas mənəvi dayaqlardan biri fərdlərin və cəmiyyətin əxlaqıdır. Dinimizdə, müqəddəs kitabımızda da ailə dəyərlərinə böyük önəm verilir.

    Müasir dünyanın qloballaşma və inteqrasiyaya sürətlə daxil olduğu bir vaxtda dəyərlərin dəyişməsi, modernləşməsi məsələsi ortaya çıxıb. Qərb mədəniyyətinin cəmiyyətimizə ayaq açması gənc nəsildə fərqli düşüncə və həyat tərzi formalaşdırır. Bir neçə il öncə Azərbaycanın ailə modelini öyrənən avropalı mütəxəssislər bu məsələdə onlardan daha çox irəli getdiyimizi bildirib bu modeli elm kimi öyrənməyi düşünürdülər Avropalı mütəxəssislər Azərbaycan ailələrində ana sevgisi və şəfqətinin hünərindən ağızdolusu danışır, azərbaycanlı qadınını ailədəki bu qədər üstün nüfuzuna görə təbrik etmişdilər.

    Aparılan araşdırmalardan məlum olur ki, bütün ailələrdə münaqişələr ən kiçik söz-söhbətdən başlayıb uzanaraq  məhkəmələrə qədər gedib çıxır və gələcəyi düşünmədən insanlar boşanmağa qərar verirlər. Təəssüf ki, bu gün ölkə məhkəmələrində ən çox baxılan işlər arasında birinci yerdə məhz boşanmalar dayanır. Hüquqşünaslar bildirir ki, əvvəllər boşananlar üçün 3 aylıq, bəzən 6 aylıq vaxt tətbiq olunurdu. Bu, ailələrə fikirlərindən daşınmalarına hesablanmışdı, nəticələr də qaneedici idi. Bir çox ailələr barışırdılar: "İndi müraciət edənlər nəinki 3 ay, 6 ay, heç bir gün də vaxt istəmirlər, tezliklə iddialarının təmin olunmasını və boşanma haqqında sənəd tələb edirlər. Sanki həyatları bundan asılıdır. Çox vaxt gadın tərəf məhkəməyə gəlmir, boşanmaya razılıq haqqında notariusda təsdiq olunmuş sənəd göndərir. Ayrılma səbəbləri ilə maraqlananda söylənən iradlar ailə boşanmasına gətirib çıxaran ciddi səbəblər olmur".

    Daha sonra, RİH yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev , Ağsaqqallar Şurasının sədr Ələşrəf Niftiyev çıxış edərək ailə dəyərlərinin müqəddəs olduğunu xüsusi qeyd etdilər. Erkən nikaha cəmiyyət dur deməlidir. Erkən nikahın gələcək fəsadlarından danışan ağsaqqallar boşanmaların əsas səbəbi kimi məhz,erkən nikahların olmasını vurğuladılar. Bu istiqamətə hər bir vətəndaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və maarifləndirici təbliğatlar aparmalıdır. Qızların təhsil almasına şərait yaradıb, onların gələcək həyatını düşünməlidirlər. Bu işdə valideynləriin rolu böyükdür. Lakin, müəllimlərin üzərinə də böyük məsuliyyət düşür. Gəlin bir olaq və erkən nikaha yox deyək.

    DQDK Masallı rayon şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və İMTQ üzvü Rauf Cəbiyev  " Ailə Dəyərləri və Erkən Nigah mövzusunda maarifləndirici təbliğat xarakterli çıxışlar etdilər.

    Daha sonra çıxış edən din xadimləri, ağsaqqallar, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri də erkən nikahın törədə biləcək fəsadlarından söz açdılar.




    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ