Главная > Maraqlı > 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünki reallıqların bünövrəsidir
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünki reallıqların bünövrəsidir9-12-2022, 19:30. Разместил: admin44 |
Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqı haqlı olaraq qəbul edir. Məhz ümummilli liderin rəhbərliyi altında Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.1993-cü ildə xalqın təkidi və tələbi ilə ikinci dəfə Azərbaycandə ölkə rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Heydər Əliyev deyirdi:”Xalq mənə ümid bəsləyir.Mən bu ümidi doğrultmalıyam”. Beləliklə,dahi şəxsiyyət ömrünün qalan hissəsini öz xalqının rifahı naminə qurban verməyə hazır olduğunu vurğuladı. Ulu öndər öz müdrik siyasəti nəticəsində yenicə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi.O,ölkəni böyük bəladan xilas etdi və Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı. Beləcə ,ilk gündən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki,Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir. Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə onu prezident seçməklə yanılmadığını bir daha sübut etdi və öz taleyini Heydər Əliyev kimi bir siyasətçinin ixtiyarına buraxdı.Heydər Əliyevin həyata keşirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması,Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması,torpaqlarımızın müdafiə olunması ilə bağlı atılmış addımlar,atəşkəsə nail olmaq üşün bütün siyasi və diplomatik vasitələrin işə salınması və nəticədə 1994-cü ilə atəşkəsə nail olmaq ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərdir. Ulu Öndərin rəhbərliyi altında aparılmış gərgin fəaliyyət nəticəsində xalqın taleyi ilə oynayanlara son qoyulmuşdur. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır.Bunun nəticəsi kimi ilk Konsitutusiyanın qəbulunu göstərmək olar. Ölkədə demokratik,hüquqi,dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keşirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkədəki sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan maraq və inamdan bəhrələnərək neft sektoruna sərmayələrin cəlb edilməsinə nail olmuş və”Əsrin müqaviləsi”imzalanmışdır. İqtisadi islahatların ardıcıl və sistemi şəkildə aparılması əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün şərait yaratmışdır. Beləliklə,1993-2003-cü illərdə ölkədə sosial,siyasi,iqtisadi sahədə gğrülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş,beynəlxalq aləmdə daxili və xarici siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir.Məhz həmin illərdə görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz müstəqil və inkişaf yönümlü siyasət yürüdərək öz ərazi bütövlüyünü bərpa etmiş,beynəlxalq nüfuzunu yüksəltmişdir. Ş.Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |