• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünki reallıqların bünövrəsidir

    1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünki reallıqların bünövrəsidir


    Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqı haqlı olaraq qəbul edir. Məhz ümummilli liderin rəhbərliyi altında Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.1993-cü ildə xalqın təkidi və tələbi ilə ikinci dəfə Azərbaycandə ölkə rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi.
               
    Heydər Əliyev deyirdi:”Xalq mənə ümid bəsləyir.Mən bu ümidi doğrultmalıyam”. Beləliklə,dahi şəxsiyyət ömrünün qalan hissəsini öz xalqının rifahı naminə qurban verməyə hazır olduğunu vurğuladı.
               
    Ulu öndər  öz müdrik siyasəti nəticəsində yenicə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi.O,ölkəni böyük bəladan xilas etdi və Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı.
                 
    Beləcə ,ilk gündən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki,Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir.  
               
    Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə onu prezident seçməklə yanılmadığını bir daha sübut etdi və öz taleyini Heydər Əliyev kimi bir siyasətçinin ixtiyarına buraxdı.Heydər Əliyevin həyata keşirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması,Azərbaycanın milli mənafelərini qorumağa  qadir nizami silahlı qüvvələrin yaradılması,torpaqlarımızın müdafiə olunması ilə bağlı atılmış addımlar,atəşkəsə nail olmaq üşün bütün siyasi və diplomatik vasitələrin işə salınması və nəticədə 1994-cü ilə atəşkəsə nail olmaq ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərdir.
               
    Ulu Öndərin rəhbərliyi altında aparılmış gərgin fəaliyyət nəticəsində xalqın taleyi ilə oynayanlara  son qoyulmuşdur. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır.Bunun nəticəsi kimi ilk Konsitutusiyanın qəbulunu göstərmək olar. Ölkədə demokratik,hüquqi,dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keşirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
                 
    Ümummilli lider ölkədəki sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan maraq və inamdan bəhrələnərək neft sektoruna sərmayələrin cəlb edilməsinə nail olmuş və”Əsrin müqaviləsi”imzalanmışdır.
               
    İqtisadi islahatların ardıcıl və sistemi şəkildə aparılması əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün şərait yaratmışdır.
               
    Beləliklə,1993-2003-cü illərdə ölkədə sosial,siyasi,iqtisadi sahədə gğrülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş,beynəlxalq aləmdə daxili və xarici siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir.Məhz həmin illərdə görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz müstəqil və inkişaf yönümlü siyasət yürüdərək öz ərazi bütövlüyünü bərpa etmiş,beynəlxalq nüfuzunu yüksəltmişdir.



    Ş.Xəlilova,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi




    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     
     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    2. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    3. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    4. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    5. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    6. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    7. 23:30 22 iyul Milli Mətbuat günü
    8. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    9. 23:00 22 iyul Milli Mətbuat Günü 
    10. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    11. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    12. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    13. 11:06 Azərbaycan mətbuatı – 150
    14. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    15. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    16. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    17. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    18. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    19. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    21. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    22. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    23. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    24. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    25. 16:12 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 iyul 2025
    26. 16:09 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 iyul 2025
    27. 16:08 Masallıda taxıl biçini başa çatdı
    28. 16:05 Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 
    29. 10:07 Rayon rəhbəri Ərəb kəndində şəhid övladını doğum günü münasibəti ilə evində ziyarət etdi
    30. 16:04 Yanğın nəticəsində zədələnən su kəməri təmir olunur
    31. 16:00 Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
    32. 15:45 Masallıda "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir
    33. 13:18 Rayon rəhbəri Masallı şəhərində şəhid məzarını və ailəsini ziyarət etdi
    34. 13:14 “Bakinski raboçi” qəzetinin redaksiyası” MMC və “Xalq” qəzetinin redaksiyası” MMC formalaşdırılır - FƏRMAN
    35. 09:25 Masallı şəhər ərazi nümayəndəliyinə təyinat
    36. 09:12 AZƏRBAYCAN MİLLİ MƏTBUATI ƏKİNÇİ-150
    37. 17:46 AZƏRBAYCANIN AQRAR RESPUBLİKADAN SƏNAYE 
    38. 17:44 “1969-2003-cu illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu”  
    39. 17:42 Masallıda xeyriyyəçilərin dəstəyi ilə yeni evlər tikilir
    40. 17:41 Masallıda rayon rəhbərinin 10 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ