Главная > Maraqlı > Masallı Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu
Masallı Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu23-12-2022, 10:47. Разместил: admin44 |
23 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Şərəfə, Musakücə, Qarğalıq, Öncəqala, Qızılağac, Xırmandalı, Bambaşı, Allahyarlı, Təklə, Şərəfə, Kəlbəhüseynli, Həsənli, Türkoba, Xanalion, Babaser, Meşəkənarı, Kolatan, Sərçuvar, Qızılavar, Viləş və digər kəndlərindən 55 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 18-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür. Qeyd edək ki, Masallı RİH başçısı cənab Araz Əhmədov vətəndaş qəbulundan sonra aidiyyatı idarə və müəssisələr, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə ərazilərdə qanunsuz tikililərlə bağlı RİH-nin bu sahəyə həsr olunmuş vacib müşavirəsindən sonrakı tapşırıq və tövsiyələrinin, digər məsələlərin necə yerinə yetirilməsi ilə bağlı sualları ətraflı cavablandırılmışdır. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |