• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu

    Masallı Rayon İcra Hakimiyyətinin başçısının 23 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu


    23 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

    Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

    Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Şərəfə, Musakücə, Qarğalıq, Öncəqala, Qızılağac, Xırmandalı, Bambaşı, Allahyarlı, Təklə, Şərəfə, Kəlbəhüseynli, Həsənli, Türkoba, Xanalion, Babaser, Meşəkənarı, Kolatan, Sərçuvar, Qızılavar, Viləş və digər kəndlərindən 55 nəfərə yaxın vətəndaş müraciət etmişdir.

    Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 18-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.

    Qeyd edək ki, Masallı RİH başçısı cənab Araz Əhmədov vətəndaş qəbulundan sonra aidiyyatı idarə və müəssisələr, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə ərazilərdə qanunsuz tikililərlə bağlı RİH-nin bu sahəyə həsr olunmuş vacib müşavirəsindən sonrakı tapşırıq və tövsiyələrinin, digər məsələlərin necə yerinə yetirilməsi ilə bağlı sualları ətraflı cavablandırılmışdır.



    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az          
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ